Qoroskop
Astroloji proqnoz - 17 noyabr
Qoç - İşdə təşəbbüs göstərmək üçün münasib
gündür. İdeyalarınız əladır, əvvəlcə kimsə bəyənməsə də, sonradan
hamı bunların yaxşı olduğunu qəbul edəcək. Bu gün başlanan işgüzar
münasibətlər ahəngdar və hamı üçün faydalı olacaq.
İşləriniz elə də çox olmayacaq, həm şəxsi işləriniz, həm də
yaxınlarınızla ünsiyyət üçün vaxtınız qalacaq. Hər şeyi çatdırmaq
olar. Enerjiniz çoxdur, hətta dolğun gündən sonra da yorğunluq hiss
etməyəcəksiniz.
Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə
dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç
biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib
qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız
qarşısında sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür.
Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün
ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli
sevinəcəksiniz.
Əkizlər - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.
Xərçəng - Əlinizi atdığınız hər bir işdə uğur
qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq
- bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər.
Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki,
bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni
uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab,
borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz
peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli
olacaqsınız.
Şir - Adamların arasında olmaq, özünüzə diqqət
cəlb eləmək xoşunuza gəlir. Çox güman ki, haqqınızda şayiələr və
qeybət dolaşacaq, amma bunlar sizə ziyan vura bilməyəcək. Siyasi
həyata marağınız artır, bəzi Şirlər öz mövqelərini açıq-aşkar
ortaya qoyur, amma ətrafdakıların təqdirini qazanmırlar.
İşə köklənmək çətin olsa da, vacibdir - əgər belə etməsəniz, çoxlu
səhviniz olacaq. Həmkarlarınızla flirt etmək, ortaqlarınızla
romantik münasibətlərə başlamaq məsləhət deyil. Hansısa ziyafətdə
maraqlı tanışlıq qura bilərsiniz.
Qız - Başqalarına nə qədər faydalı olursunuzsa,
gününüz bir o qədər uğurlu keçir. Mümkün qədər çox qazanmağa
çalışmayın - pullar özü gələcək, özü də heç gözləmədiyiniz yerdən.
Həmkarlarınız və rəhbərliklə münasibətlərinizə diqqət edin: sırf
işgüzar əlaqələri dostluq məcrasına yönəltməyin vaxtı çatıb.
Həmfikirlərlə, sizin maraqlarınıza ortaq şəxslərlə ünsiyyət üçün
uyğun gündür. Təcrübə mübadiləsi çox faydalı olacaq. Günün sonunda
axır vaxtlar taleyi ilə çox maraqlandığınız bir adam barədə xəbər
eşidəcəksiniz.
Tərəzi - Necə həll etmək lazım olduğunu
bilmədiyiniz problemlərin öhdəsindən bu gün asanlıqla gələ
bilərsiniz. Məqsədinizə doğru gedən yollar düzdür: hiyləgərlik
göstərməyin yeri yoxdur. Bədxahlarınıza gücünüzü, mövqelərinizin
möhkəmliyini nümayiş etdirməyin - beləliklə, onlarda paxıllıq
oyatmaz və sizə hücum etməyə təhrik etməzsiniz.
Xarici görünüşünüzə diqqət yetirin: bu gün sizə geyiminizə görə
qiymət verirlər. Gözəl ədalar, etiket qaydalarına riayət etməyiniz
pərtlik yaradan situasiyadan çıxmağa imkan verəcək. Təhriklərə
uymayın, əvvəlcədən qurduğunuz planlara riayət edin.
Əqrəb - Fantaziyalarınıza boyun əyməyin: öz
imkanlarınızın düzgün qiymətləndirilməsi səhvlərdən qaçmağa imkan
verər. İşləriniz çox olacaq, ancaq bunların hamısının öhdəsindən
gəlməyə gücünüz çatar. Sövdələr bağlaya, müqavilələr imzalaya,
uzunmüddətli əməkdaşlıq barədə məsələləri müzakirə edə
bilərsiniz.
Yaxınlarınız tez-tez sizin köməyinizə ehtiyac duyur, sizdən diqqət
tələb edirlər. Soyuqqanlılığınızı qoruyub saxlamağınız,
başqalarının emosiyalarının sizə təsir etməsinə yol verməməyiniz
vacibdir.
Oxatan - Yalnız entuziazm və qətiyyət sayəsində
uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz
məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona
çatırsınız. Nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin
üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza
güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar
edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Oğlaq - Düşünülməmiş hərəkətlərdən qaçın,
emosiyalarınızı cilovlayın. Bugünkü işləriniz elə də vacib olmasa
da, diqqət tələb edir, ancaq fikrini cəmləmək hər Oğlaqa nəsib
olmur. Yanınızda sizin səhvlərinizi göstərən, sizi lazımsız
həyəcanlardan qoruyan birinin olması yaxşı olardı.
Evdəki istənilən çətinliyi ürəyinizə salır, əhəmiyyətsiz
söz-söhbətə görə narahat olursunuz. Həyəcanlardan uzaq durmağa
çalışın: sevdiyiniz bir işlə, hobbinizlə məşğul olun, yaxud
sevdiyiniz adamlarla gəzintiyə çıxın.
Dolça - Yaradıcı iş, qeyri-standart yanaşma
tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları
gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur,
darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda
dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması
mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini
dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə
dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Balıqlar - İşgüzar ünsiyyət, vacib məsələlərin
müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl
diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən
istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq,
yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir,
sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan
romantik münasibətlər ciddi olmayacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK