Qoroskop
Astroloji proqnoz - 18 noyabr
Qoç - Cari, rutin işlərə istəmədən çox vaxt
sərf edirsiniz. Ancaq yalnız bunları bitirəndən sonra əsas
məsələlərə keçmək olar. İşdə eksperimentlər aparmaq məsləhət deyil,
yaxşı olar ki, yoxlanılmış metodlardan istifadə edəsiniz.
Rəhbərliyin dəstəyinə yalnız axşamtərəfi nail ola bilərsiniz.
Fiziki iş və idmanla məşğul olun. Axşam səbəbsiz həyəcan
yaşayacaqsınız. Sakit olmağa çalışın. Energetik içkilərdən uzaq
durun.
Buğa - O qədər də çox şey vəd etməsə də, pis
gün deyil. Dediyiniz hər sözü ağzınızdan "bişirib" çıxarın: sizi
çox diqqətlə dinləyirlər, özü də bunların hamısı sizi çox
istədiklərindən belə etmir. Bəzi Buğalar özlərinin keçmiş
düşmənlərini dosta çevirə biləcəklər. Sonuncular isə tez bir
zamanda öz vəfalarını sübut edəcəklər. Sizə çox vəd verən insanlara
inanmayın - çox güman ki, müsahibiniz özü də istəmədən sizi
yanıldır.
Asanlıqla aşiq olur, başınızı itirirsiniz, ilk baxışdan məhəbbət bu
gün sizi tapa bilər. Artıq öz yarlarını tapanlar isə onların yeni
xüsusiyyətlərinə təəccüblənib heyran olacaqlar.
Əkizlər - İşdə uğurlar qazana bilərsiniz, yeni,
mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gəlirsiniz. İstənilən
şəraitdə nikbinliyinizi və öz gücünüzə inamı qoruyub saxlayırsınız.
Bu, ətrafınızdakılarda xoş təəssürat yaradır, sizə nüfuzlu
insanların rəğbətini qazandırır.
Tanışlıqların sayı çox olmasa da, həyatınızda vacib rol oynayacaq
maraqlı bir insanla rastlaşa bilərsiniz. Ailəli Əkizlər həyat
yoldaşları ilə münasibətlərini möhkəmlədə, mübahisələrə son qoya
bilərlər.
Xərçəng - Əvvəlcədən təyin etdiyiniz
məqsədlərinizə doğru gedin, yolunuzdan sapdırmağa çalışanlara isə
imkan verməyin. Sizi şirnikləndirmək istəyənlər çox olacaq, amma
özünüzdə güc tapıb bunlara etiraz edə bilərsiniz. Yeni
tərəfdaşlarınızla əməkdaşlığınız qarşınızda yeni perspektivlər
açacaq.
Yaxınlarınızla münasibətləriniz gərgindir: uzun müddət üzərindən
sükutla keçdiyiniz məsələləri müzakirə etməyin vaxtı gəlib. Xırdaca
da olsa, hansısa bir risklə bağlı şəraitlərdən qaçın:
ehtiyatsızlığınız ucbatından ziyan çəkə bilərsiniz.
Şir - Yeni tanışlar tapmaq, faydalı əlaqələr
qurmaq zamanıdır. Bu gün "ixtira maşınınız" əla işləyir, odur ki,
həm özünüzün, həm başqalarının problemlərinin orijinal həll
yollarını tapırsınız. Daşınmaz əmlak, o cümlədən xaricdə yerləşən
mülklə bağlı məsələləri həll etmək olar.
Bir çox Şirlər bu gün özləri üçün yeni bir sahədə qüvvələrini
sınayacaqlar və əldə etdikləri nəticə onları yaxşı mənada
təəccübləndirəcək. Digərləri isə əla istedadlarını kəşf edəcək və
dərhal bunlardan yararlanmağa çalışacaqlar.
Qız - Boyunuzdan yuxarı tullanmağa çalışmayın:
qarşınıza elə məqsədlər qoyun ki, onları həll edə biləsiniz.
Faydalı işlərlə məşğul olmağa çalışın. Riskdən qaçın, təhriklərə
uymayın. Məhz ehtiyat və diqqət bir çox səhvlərdən və düşünülməmiş
hərəkətlərdən sizi qoruyar.
Qadınlarla ünsiyyət çox faydalı olacaq - sizə gərək olan köməyi
məhz onlar göstərəcəklər. Maliyyə işlərinizi qaydaya salmağa
çalışın. Borc almaq, şübhəli laiyhələrə pul yatırmaq məsləhət
deyil.
Tərəzi - Eksperiment aparmayın, yoxlanmamış
metodlardan istifadə etməyin. Sağlam mühafizəkarlıq, ehtiyat,
ənənələrə sadiqlik uğurunuz üçün şərait yaradacaq. Başqalarını
hövsələdən çıxaran çətin məqamlarda siz təmkininizi
qoruyursunuz.
Sənədləşdirmə işlərində, icazələrin, lisenziya və subsidiyaların
alınmasında heç bir problem yaranmayacaq. Dövlət orqanlarının
nümayəndələrilə ünsiyyət məhz sizə lazım olan tərzdə keçəcək və
sizə lazım olan nəticəni verəcək. Əhvalınız yaxşı olacaq.
Əqrəb - İdeyalarınızın reallaşdırılması üçün
dəstəyə ehtiyacınız olduğunu anlayırsınız, ancaq onu, təəssüf ki,
lazım olmayan yerdə arayırsınız. Təmaslarda ehtiyatlı olmağınız
vacibdir: ləyaqətsiz birinə inanaraq ciddi səhv edə bilərsiniz.
Eksperimentlərdən çəkinin. Maliyyə fırıldaqlarında qətiyyən iştirak
etməyin.
Ailədə xoş bir hadisə yaşayacağınız çox mümkündür. Qohumlarınızdan
ürəkaçan xəbərlər ala bilərsiniz. Bəzi Əqrəblər gözlənilmədən
səfərə hazırlaşacaqlar, o isə əla keçəcək.
Oxatan - İşgüzar təmaslar üçün uğurlu gündür.
Bu gün əvvəllər sizə qarşı olan insanların rəğbətini qazana
bilərsiniz. İntuisiyanız çox güclüdür, onun sayəsində işbirliyində
olduğunuz adamların əsl maraq və məqsədlərini anlayırsınız. Xarici
şirkətlərdən əməkdaşlıq təklifi ala bilərsiniz.
Günün birinci yarısı bağladığınız sövdələr gəlir gətirəcək. Sonra
isə maliyyə vəziyyəti dəyişəcək, özü də heç xoş olmayan tərzdə.
Axşam planlaşdırılmamış alış-verişə çıxmayın.
Oğlaq - Nə baş verirsə-versin, təmkininizi
qorumağa çalışın. Düzdür, şərait siz istəyən kimi deyil, amma
istənilən situasiyadan çıxış yolu, özü də ən uğurlusunu, tapa
biləcəksiniz. Sizə yaxşı tanımadığınız insanlar dəstək olacaqlar.
Gözləmədiyiniz mənbədən pul ala bilərsiniz.
Romantik münasibətlər sizin üçün qeyri-adi məcrada inkişaf edir.
Şəraitə nəzarəti ələ almağa çalışmayın - taleyinizə inanın, sizi
yeni və xoş kəşflər gözləyir. Bu gün bağlanan nikahlar çox uğurlu
olacaq.
Dolça - Cəsarətli plan və orijinal ideyalarınız
var? Əgər varsa, sevinin: onların reallaşdırılması üçün əla vaxt
gəlib yetişdi. Nə qədər qətiyyətli olsanız, uğur qazanmağınız bir o
qədər realdır. Dərhal olmasa da, nüfuzlu insanların dəstəyinizi
alacaqsınız, onlar sizin istedad və işgüzar keyfiyyətlərinizi
düzgün qiymətləndirəcəklər.
Qohumlarla ünsiyyət, əmlak və maliyyə mübahisələrinin aradan
qaldırılması üçün əlverişli gündür. Gözləmədiyiniz mənbədən pul ala
bilərsiniz. Romantik münasibətlərə başlamaq olar.
Balıqlar - Xeyli gözlənilməzlik yaşayacaq,
hərdən yaranmış situasiyadan necə baş tapmağı bilməyəcəksiniz. Sizə
məsləhət verən çoxdur, amma yaxşı olar ki, öz intuisiyanıza qulaq
asasınız. Rəhbərliklə aranızda fikir ayrılığı yarana bilər,
çalışın, bunları tezliklə aradan qaldırasınız.
Telefon danışıqları bu gün çox vaxt alacaq, özü də bunların heç də
hamısı xoş olmayacaq. Uzaqlardan sizi narahat edəcək xəbərlər ala
bilərsiniz. Yaxınlarınız çətin məqamlarda köməyinizə gələcək, sizi
ruhlandırmağa çalışacaqlar.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO