Qoroskop
Səbuhi Rəhimlidən martın 25-nə olan astroloji proqnoz
QOÇ - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
BUĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.
ƏKİZLƏR - Əgər bu ayı səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Bu gün müştərək fəaliyyət üçün uğurludur.
XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
ŞİR - Martın bu ilıq təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.
TƏRƏZİ – Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
ƏQRƏB - İqlimin dəyişkənliyi səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.
OXATAN - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Gülşən Baharın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.
OĞLAQ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.
SUTÖKƏN - Maraqlı hadisələr yolunuzu gözləyir. Saf işlərlə məşğulluq ruhunuzu gücləndirəcək. Sizə ehtiyac duyan insanları ümidsiz qoymayın. Bu gün şəxsi işlərinizdə böyük irəliləyişlər də start götürməlidir.
BALIQLAR - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...