Astroloji proqnoz - 05 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 05 fevral

Qoç - Maraqlı tanışlıq istisna deyil. Yeni romantik təmas sürətlə inkişaf edəcək. Qarşı tərəfin rəğbətini qazanın, amma soyuqqanlı olun. Sizə əsla uyğun olmayan insanın toruna düşməyin. Perspektiv təsir bağışlamayan işlərdə belə, xeyir ola bilər. Çətin olan ilk addımı atmaqdır: Situasiya sonrakı addımlar üçün münasibdir.

Buğa - Orijinal ideyalarınızı yaxın ətrafınızdakı insanlar dəyərləndirəcəklər. Müttəfiq və həmfikir axtarışları uğurla başa çatacaq. Günün ikinci yarısında başlaya biləcək romantik münasibət yaşamınızda mühüm rol oynayacaq. Unutmayın ki, maraqlandığınız insanı dürüst qiymətləndirməlisiniz. Onun üstünlükləri ilə yanaşı, nöqsanlarını da görməlisiniz.
Gəlirlər istisna deyil.

Əkizlər - Yaradıcı yanaşma tələb etməyən, darıxdırıcı işləri təxirə salın. Diqqətli və əzmli olun, çətin işi yarımçıq qoyaraq yüngül işə başlamayın. Belədə gözlədiyiniz nəticəni ala bilməyəcəksiniz. Əyləncə, istirahəti hələlik unudun.

Xərçəng - Səfər və ya səyahət gözlənilən nəticəni verməyəcək. Günün ikinci yarısında bütün çətinliklər və anlaşılmazlıqlara rəğmən əhvalınızı pozmayın. Sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin. İstənilən texnika və avadanlıqla davranış zamanı ehtiyatlı olun.

Şir - İstirahət və əyləncəni müvəqqəti təxirə salaraq faydalı işlə məşğul olun. Detalları qulaqardına vurmayın, təfərrüatlara fikir verin. Önəmli münasibətlər istədiyiniz dinamikada inkişaf etmir. Süni təsirə əl atmayın, hadisələri tələsdirməyin. Günün ikinci yarısında təmaslarda sayıq olun. Fırıldaqçıya aldanmayın, yalançıya etibar etməyin. Qıcıqlı davranaraq münaqişənin səbəbkarına çevrilməyin.

Qız - Diqqəti bütünlüklə praktiki işlərin həllinə yönəltmək çətin olsa da, bunu edin. Fikrinizi dağıtmayın, başladığınız işləri yarımçıq qoymayın, kiçik və ağrılı səhvlərə yol verməyin. Maliyyə məsələlərinin həlli, alış-veriş, mühüm sənədlərin imzalanması üçün əlverişli gün deyil.

Tərəzi - Ünsiyyət, qeyri-formal şəraitdə işgüzar məsələlərin həlli üçün əlverişli zamandır. Çıxış etmək, tədbirə qatılmaq olar. Diqqət mərkəzində olacaqsınız. Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın. Yalnız etimada layiq insanlarla sıx ünsiyyətdə olun. Çətin məsələlərin öhdəsindən gələ biləcəksiniz.

Əqrəb - Sadə məsələlərlə yanaşı, mürəkkəb problemlərin həlli üçün münasib gündür. Gəlir, sərfəli anlaşma və uğurlu alış-veriş istisna deyil. İstənilən görüş pis keçməyəcək. Dostlarla yanaşı, müttəfiq tapmaq olar. Günün ikinci yarısında başlayacaq romantik münasibətlər sizi uzun müddət sevindirə bilər.

Oxatan - Gün ərzində yaranacaq problemlərin öhdəsindən müstəqil şəkildə gəlin. Yardım üçün kimsəyə müraciət etməyin. Müstəqil, təkbaşına fəaliyyət daha çox vaxt tələb edə bilər. Planlarda dəyişiklik edin. Bunun sayəsində qiymətli təcrübə, habelə baş verənlərə fərqli yöndən baxmağa imkan verən informasiyalar əldə edəcəksiniz.

Oğlaq - Yaxınlarınızla yanaşı, yaxşı tanımadığınız şəxslər də sizə yardım üçün müraciət edirlər. İstəklərin yerinə yetirilməsi çətin olsa da, sərt cavab verməyin. Qəfil gəlişlər xoş ola bilər. Qonaqları sevindirin.

Dolça - Ünsiyyət üçün uğursuz gündür. Yaxınlarınızla dil tapmaq üçün göstərdiyiniz bütün səylərə rəğmən qarşılıqlı anlaşma gərəkli səviyyədə deyil. Fikir və mövqelərinizi maksimum dərəcədə həssas, səbirli formada bildirin. Tənqidlərə sərt reaksiya verməyin. Köhnə dostların məsləhətlərinə qulaq assanız, kobud səhvlərdən qurtula bilərsiniz.

Balıqlar - Əhvalınız tez-tez dəyişəcək. Xırda işə sevinməyinizin və ya heç bir səbəb olmadan qəmlənməyinizin niyə baş verdiyini özünüz də anlamırsınız. Ən sadə işlərə diqqəti yönəltmək asan deyil. Fəqət pərişan və bədbin olmayın. Yaşamınızı çətinləşdirməyin. Önəmli işləri daha münasib zamana qədər təxirə salın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm