• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Astroloji proqnoz - 28 fevral

  • Qoroskop
  • 28 Fevral 2016 00:03
  • 2 112 Baxış
Astroloji proqnoz - 28 fevral

Qoç - səfərdə, yolda, ezamiyyətdə, səyahətdə ehtiyatlı olun. Problemlər yarana bilər. İstənilən işə başlamazdan öncə əvvəlki işi tam başa vurduğunuza əmin olun. Əks təqdirdə fikriniz dağılacaq, mühüm işi diqqət mərkəzində saxlaya bilməyəcəksiniz.

Buğa - taleyə və ya bəxtə güvənməyin, öz qüvvələrinizdən yararlanın və bu minvalla da uğur qazanın. Hadisələrin ənənəvi axarı dəyişir. Sadəlövh olmayın və başqa zamanlar sizi ehtiyatlı davranmağa vadar edəcək faktlarla hadisələri öz xeyrinizə yozmayın. Qərar qəbul etməyə tələsməyin. Az sonra baş verənləri yenidən dəyərləndirəcəyiniz vaxt başlayacaq.

Əkizlər - peşəkar fəaliyyət sahəsində rəhbərliyin sizə münasibətinin dəyişməməsi üçün normal çalışın. Qəfil kadr dəyişiklikləri varsa, səbirli və soyuqqanlı olun. Gün ərzində yaşanacaq bəzi hadisələr sizi iş yerini dəyişməklə bağlı fikirlərə sövq edə bilər. Lakin qərar verməyə tələsməyin. Yüz ölçün, bir biçin.

Xərçəng - Gün yeni perspektivlər vəd edir. Aktiv, enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün sədləri dəf edin. İş və ya uzunmüddətli əməkdaşlıqla bağlı təklif ala bilərsiniz. Köhnə dostlarla görüş və ya yeni, maraqlı tanışlıq istisna deyil. Güc və potensialınız çox olsa da, dostlarla hamilərin yardım təkliflərindən imtina etməyin.

Şir - onların yardımı günün ikinci yarısında, sizi sinirləndirəcək xəbər alanda karınıza gələ bilər. Unutmayın ki, emosiyalarınıza hakim olaraq hisslərinizi ətrafınızdakı insanlardan gizlətmək gərəkdir. Belədə yaranmış situasiyada necə davranmaq lazım olduğunu biləcəksiniz.

Qız - ailə üzvləri və ya sizə yaxın insanlarla birlikdə dincəlmək istəyi baş tutmayacaq. Münasibətlərdə diqqətli və həssas olun. Ənənələri və mövcud davranış modellərini pozmayın. Bəlli normalara riayət etsəniz, münasibətlərdə problemlərin yaranmasının qarşısını ala bilərsiniz.

Tərəzi - yeni təcrübə əldə etməyə çalışın, nailiyyətlər və qazanılan təcrübə ilə kifayətlənməyin. Sağlam şübhə və məntiq sizin hesabınıza irəliləməyə çalışan insanların qurduqları tələlərə düşməməyə imkan verəcək. Emosional davranmaqla, çılğınlıq etməklə bədxahlarınızı sevindirməyin.

Əqrəb - səhər saatlarından etibarən problemlərin məngənəsinə düşərək vurnuxmayın. Günün axarı sizdən asılıdır. Dəqiq planın olmasına çalışın. Enerji potensialı səviyyəsinin yüksək olmadığını unutmayın. Günün ikinci yarısında elə işləyin ki, istirahət etməyə də vaxt qalsın.

Oxatan - mühüm qərarların qəbulunu təxirə salın. Uzaq qohumlar və ya yaxşı tanımadığınız insanlarla uzun-uzadı danışmağa, sirr etibar etməyə dəyməz. Hər təsadüfi tanışlıq və ya görüşü taleyüklü məqam saymayın. Şərtlər nə qədər romantik olsa da, belə münasibətlərin sonucu pis olacaq.

Oğlaq - xoş olmayan xəbərlər sizi təbdən çıxaracaq, əhvalın dəyişməsinə səbəb olacaq. Bu xəbərlərin səhhətinizə təsir etməsinə imkan verməyin. Nə baş verməsindən asılı olmayaraq ruhdan düşməyin. Ən mühüm işlərdə problemlər yaranmayacaq. Kiçik işlərdəki səhvlər isə sizi sinirləndirə bilər.

Dolça - Bu gün sizdən tələb olunan əsas məsələ əvvəllər başladığınız işləri başa vurmaq və münaqişəli situasiyalara son qoymaqdır. Çoxdan unutduğunuz hesabları ödəyin, vaxtilə sizə xidmət göstərmiş və ya kömək etmiş insanın layiq olduğu mükafatını verin. Tək işləmək, işi tənha başa vurmaq asan deyil.

Balıqlar - tərəfdaş və ya şərik olduğunuz insanla münasibətlərdə pərişan olmaq istəmirsinizsə, etiraflara qapılmayın. İfrat tələbkarlığa ehtiyac yoxdur. Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Yaradıcıdıq şövqü, təşəbbüskarlıq, romantik gözləntilər sizi macəra və ya sərgüzəşt axtarışlarına sövq edə bilər. /Milli.Az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR