Astroloji proqnoz - 12 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 12 aprel

Qoç - Əsas vaxtınızı işə ayırın. İşdən kənarda ciddi uğurlarınız gözlənilmir. Yersiz risklərə bugünlük son qoyun.

Buğa - Məhəbbət məsələlərində uğurlarınız olacaq. Əgər səhv sizdədirsə, üzr istəməkdən çəkinməyin.

Əkizlər - Münaqişəli gündür. Nahar ərəfəsində diqqətli olun. Bu gün varlanmaq ehtimalınız var.

Xərçəng - İkitərəfli əməkdaşlığa başlamaq üçün gözəl ərəfədir. Öhdənizə düşən işləri asanlıqla yerinə yetirə biləcəksiniz.

Şir - Məsuliyyətinizi dərk etməli və aldığınız dəvətlərə razılıq verməlisiniz. Nahardan sonra büdcənizdə artım mümkündür.

Qız - Ətrafınızda olan insanlarla səmimiyyət yaradın.Ancaq hamının rəğbət mərkəzində olmağa can atmayın.

Tərəzi - Qərar çıxararkən təcrübəli insanların məsləhətlərindən bəhrələnə bilsəniz, gün ərzində narahatçılığınız olmayacaq.

Əqrəb - Səhhətinizdə problem gözlənilir. Qida məsələlərində diqqətli olun.

Oxatan - Maddi imkanınız yaxşılaşacaq. Uzaq yola hazırlaşmaq olar.

Oğlaq - Ümumi əhvalınız aşağı ola bilər. Ailə üzvlərinizlə mehriban və səmimi davarının.

Dolça - Ürəyinizcə olan bir xəbər eşidəsiniz. Əgər imkan tapsanız, günün birinci yarısında idmana vaxt ayırın.

Balıq - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq imkanınız var. Bu istiqamətdə sizə ətrafınızda olan səmimi və təcrübəli insanların da köməyi dəyə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm