Astroloji proqnoz - 22 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 22 aprel

Qoç - ani reaksiya verməkdən çəkinin. Düşünmədən hərəkət etmək sizə fayda verməyəcək.

Buğa – üzərinizə məsuliyyət götürməkdən çəkinməyin. Başqalarına kömək etməyə çalışın.

Əkizlər – özünüzü inkişaf etdirmək üçün fəaliyyətə keçməlisiniz. Pis vərdişlərinizi tərgitmək üçün ilk addımı elə bu gün atın.

Xərçəng – maddiyyatla bağlı məsələlər gündəmdədir. Çoxdan gözlədiyiniz xəbər bu gün gələ bilər.

Şir – duyğularınızla hərəkət etməlisiniz. Əks təqdirdə özünüzü rahat hiss etməyəcəksiniz.

Qız – evinizlə bağlı problemlər sizi yenə narahat edəcək. Dost-tanışdan kömək istəməli olacaqsınız.

Tərəzi – dostlarla görüş üçün uyğun gündür. İstirahət etməyə çalışın, özünüzü çox yormayın.

Əqrəb – heç gözləmədiyiniz sahədən təklif alacaqsınız. İşin mənfi və müsbət nüanslarını diqqətə alın.

Oxatan – vaxtınızı evdə keçirin. Çöldə sizi bir sıra təhlükələr gözləyir.

Oğlaq – qonşularla problem yaşayacaqsınız. Səbirli olun və mübahisəni vaxtında sonlandırın.

Dolça – fəaliyyətinizi planlarınız istiqamətində qurun. Sonradan peşiman olmamaq üçün yalnız ən güvəndiyiniz insanlarla işləyin.

Balıq – qohumlarınızın sizinlə bağlı çox böyük ümidləri var. Bu sizi yora bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm