Astroloji proqnoz - 13 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 13 may

Qoc - İntiqam hissi və ya münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Bütün diqqetinizi işinizə yönəldin.

Buğa - Dostlarla vaxt keçirməyə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin.

Əkizlər - Təzə xəbərlər yolunuzu gözləyir. Uzaqdan sevindirici xəbər alacaqsınız. Nəqliyyat vasitələrində ehtiyatlı davranın.

Xərçəng - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Həftəsonuna az qalıb. Ona görə də istirahət planlarınızı bu gün həyata keçirməyin. Təmbəlliyin daşını atın.

Şir - Saat 15-dən sonra bütün cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinə həsr edin.

Qız - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Vaxt tapıb yaxın dostlarınıza baş çəkin.

Tərəzi - Sağlıq durumunuzda problem ola bilər. Qida və yuxu rejiminizə ciddi fikir verməlisiniz.

Əqreb - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz.

Oxatan - Planlarınızı reallaşdırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin.

Oğlaq - Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Günortadan sonra perspektivli sövdələşmələr gözlənilir.

Dolça - Səfərlərə çıxmaqdan məmnunluq duyacağınız gündür. Qonaq getmək də olar.

Balıq - Hava şəraiti sizdə səhhətlə bağlı problem yarada bilər. Ayaq nahiyənizə xüsusi diqqət ayırın. Sevgi məsələləri ürəyinizcə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm