Astroloji proqnoz - 22 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 22 may

Qoç - Boş-boşuna oturmağınız məsləhət deyil. Aktivliyinizi artırmalısınız.

Buğa - Büdcənizdə artım yaratmaq üçün kifayət qədər şansınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

Əkizlər - Hamı ilə mehriban davranmağa çalışın. Əsəblərinizi korlayan insanlardan uzaq durun.

Xərçəng - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Şir - Qərarlarınızda qəti olun. Bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyin

Qız - Uğurlu gün hesab etmək olar. Büdcə artımı gözlənilir. Yeni təkliflər alsanız, situasiyanı düzgün qiymətləndirməlisiniz.

Tərəzi - Darıxdırıcı gündür. Yeni heç nə gözlənilmir. Odur ki, istirahətə və məhəbbətə vaxt ayırın.

Əqrəb - Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin.

Oxatan - Gün ərzində nəzərdə tutduğunuz bütün planlar reallaşacaq. Sadəcə, şəraitə uyğun addım atmalısınız.

Oğlaq - İşlərinizin çoxluğu fiziki cəhətdən sizi yora bilər. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

Dolça - Görüş və məsləhətləşmələrdə iştirak edəcəksiniz. Qarşınızı kəsən maneələr yavaş-yavaş aradan qalxacaq.

Balıq - Yeni əlaqələr yaratmaq üçün düşərli vaxtdır. Nahardan sonra sevindirici xəbər eşidə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm