Astroloji proqnoz - 25 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 25 may

Qoç - Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınız da var.

Buğa - Özünüzü enerjili hiss etməyəcəksiniz. İstirahətə vaxt ayırın.

Əkizlər - Köməyə ehtiyacınız var. Bəxtiniz gətirə bilər. Nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız.

Xərçəng – Hava şəraiti əsəblərinizi korlaya bilər. Allergiyanız varsa, günü evdə keçirməyə çalışın.

Şir - Atdığınız hər addımı yüz ölçüb, bir biçin. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.

Qız - İş yoldaşlarınızla, həmçinin çoxdan bəri görüşmədiyiniz tanışlarla münasibətləri yaxşılaşdırmaq haqqında düşünəcəksiniz. Yersiz atmacalara cavab verməyin.

Tərəzi - Məhəbbət sarıdan üzünüz güləcək. Sevilməyə layq olduğunuzu sübut edəcəksiniz.

Əqrəb - Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.

Oxatan – Sizdən yaşca böyüklərəl problem yaşaya bilərsiniz. Ancaq onların üzünə ağ olmayın. Dostla düşməni ayırmağı bacarmalısınız.

Oğlaq - Səhhətiniz qaydasında olacaq. Təzyiq bu gün sizi narahat etməyəcək. İşlərinizi tammalaya bilərisiniz.

Dolça - Emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Sizi sevən insanlara vaxt ayırın.

Balıqlar - Liderliyə can atmayın. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm