Yupiterdən səs gəlir – AİDİO
Bizi izləyin

Qoroskop

Yupiterdən səs gəlir – AİDİO

NASA-nın “Juno” kosmik gəmisi Günəş sisteminin ən böyük planeti Yupiterə yaxınlaşıb.

Axar.az xəbər verir ki, kosmik gəmi planetin maqnit sahəsindən ibarət manyetosfer təbəqəsinə daxil olub.

Bu təbəqə nəhəng planetin güclü maqnit təsirinin nəticəsi olaraq yaranıb. Maqnit təbəqədə saysız parçacıqlar sərbəst halda gəzişərək planetin nəhəng qaz kütlələrini Günəş işığından qoruyur.

Bu təbəqədə Günəş şüalarının sürəti planetin güclü maqnit sahəsinin təsiri nəticəsində azalır. Bununla da kosmik gəminin daxil olduğu təbəqədə yüksək istilik qeydə alınıb. “Juno” günəş şüalarının manyetosferlə ilk təması nəticəsində yaranan “Bow Shock”u (Şok dalgaları) qeydə ala bilib.

Xatırladaq ki, NASA-nın 2011-ci il avqustun 5-də orbitə göndərdiyi “Juno” bu müddət ərzində 2,8 milyard kilometrlik məsafəni tamamlayıb. Günəş sisteminin ən çox radiasiya yayan planetinə yaxınlaşan kosmik gəmi Yupiterdə təxminən bir il qalacaq, planetin sirlərinin kəşfində alimlərə yardım edəcək. “Juno”nun müddəti 2018-ci ildə başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm