Astroloji proqnoz - 12 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 12 iyul

Qoç - sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Maddi çətinliklərə görə bədbinləşməyin.

Buğa - sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Sevgi münasibətlərinizdə diqqətli olun.

Əkizlər - görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər.

Xərçəng - həmkarlarınızla mübahisələriniz gözlənilir. Ayıq-sayıq olun.

Şir – qərar çıxararkən tələsməyin. Atacağınız hər bir addımı yüz ölçüb bir biçin.

Qız – hər şeyə diqqətlə yanaşın, analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğurlu ola bilərsiniz.

Tərəzi - işgüzar aktivliyiniz artacaq. Qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz.

Əqrəb - riskli işlərə girişməyin. Neytral mövqedə dayanmağınız məsləhətdir.

Oxatan - qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ədalətli olmağa çalışın.

Oğlaq - bəxtinizdən şikayətlənməyin. Hər şey istədiyiniz kimi olacaq.

Dolça - nəzərdə tutduğunuz hər bir işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Dostlarınıza vaxt ayırın.

Balıq - şəxsi planlarınızda dəyişikliklər edəcəksiniz. Həlledici məqamda yanlışlığa yol verməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm