Səbuhi Rəhimlidən aprelin 9-na olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən aprelin 9-na olan astroloji proqnoz

QOÇ - Proseslərin ləng inkişafını nəzərə alıb istirahətə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin. Ümumi zəifliyinizə görə, qidanıza da yaxşıca fikir verməlisiniz.

QOÇ - Proseslərin ləng inkişafını nəzərə alıb istirahətə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin. Ümumi zəifliyinizə görə, qidanıza da yaxşıca fikir verməlisiniz.

BUĞA - Şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin. Nahardan sonra ağır fiziki işlərdən, nabələd adamlarla danışıqdan yayının.

ƏKİZLƏR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, uzaqdan sevindirici xəbər alasınız. Hər halda, ovqatınız xoş olacaq. Nəqliyyat vasitələrində isə maksimum ehtiyatlı olmalısınız.

XƏRÇƏNG - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Buna baxmayaraq, müqavilə bağladığınız adamlarla ehtiyatlı davranın. Qlobal məsələlərin həllində təşəbbüskarlığı da əldən verməyin.

ŞİR - Ulduzların düzümü sağlıq durumunuzda problem olduğunu göstərməkdədir. Bu səbəbdən də qida və yuxu rejiminizə, həmçinin daxili orqanlarınıza ciddi fikir verməlisiniz.

QIZ - Bütün göstəricilər səfərlərə çıxmaqdan məmnunluq duyacağınızı xəbər verir. Elə isə vaxtı fövtə verməyin. Bu gün fəaliyyətlə bağlı işlər üçün o qədər də uğurlu vaxt deyil.

TƏRƏZİ - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Maraqlı görüş və tanışlıqlar da mümkündür. Uzaq yola çıxmayın.

ƏQRƏB – Əgər sağlıq durumunuzu, xüsusən də daxili orqanlarınızı nəzarətdə saxlaya bilsəniz, gün ərzində digər xoşagəlməzliklə rastlaşmayacaqsınız. Maddi mövqeyinizi möhkəmləndirmək üçün hərəkətə keçin.

OXATAN - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Çünki fiziki yorğunluğunuzun ifratçılığı aktivliyinizə mane olacaq. Vaxt tapıb yaxın dostlarınıza baş çəkin, təbiət qoynuna çıxın.

OĞLAQ - Saat 14-ə qədər neytarllıq nümayiş etdirməyiniz məsləhətdir. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Sonrakı müddətdə isə perspektivli sövdələşmələr gözlənilir.

SUTÖKƏN - İntiqam hissi, gərgin situasiyalara şərh vermək, münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Buna görə də yalnız özünüzə aid işlərlə məşğul olun.

BALIQLAR - Bu gün ümumi əhvalınızda xoş məqamlar çox olacaq. Ələlxüsus da saat 15-dən sonra bütün cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinə həsr edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm