Astroloji proqnoz - 24 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 24 iyul

Qoç - uğurlu gündür. Peşəkar uğurlarınız gözləntilərinizin əksinə olaraq o qədər də böyük deyil. Gələcək uğurlarınızın təməlini qoyun. Qəfil işgüzar təklif alacaqsınız. Təklif maraqlı və cazibədardır. Köhnə tanışlardan gələn təklifləri düşünmədən qəbul etmək olar.

Buğa - mühüm işləri, maliyyə məsələləri ilə bağlı müzakirələri, potensial iş yeri sahibi və ya sifarişçi ilə görüşü ertələyin. Sakit, müstəqil iş üçün əlverişli zamandır. Başladığınız işləri başa vurun. Hesabat hazırlamaq, sonucları nəzərdən keçirmək zamanıdır. Yalnız inanılmış, sınanmış müttəfiqlər sizi dəstəkləyirsə, yeni işə və ya layihəyə başlamaq olar.

Əkizlər - Şəxsi münasibətlərdə aktiv, təşəbbüskar olun. İmprovizələr etmək olar. İntuisiyanızın səsinə qulaq asın. Belə məsləhətlər ilk baxışdan sağlam məntiqə zidd təsir bağışlaya bilər. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.

Xərçəng - yaşam potensialının səviyyəsi aşağıdır. Görülən işlərin sayını azaltsanız, çətin işlərdən birini etibar etdiyiniz insana həvalə etsəniz, dürüst addım atarsınız. Lakin həllini tələb edən problemlə bağlı fəaliyyəti dayandırmayın.

Şir - alış-veriş, sərmayə üçün münasib zaman deyil. Günün ikinci yarısı xoş görüşlər və maraqlı tanışlıqlar vəd edir. Romantik təmaslar ola bilər. Sevdiyiniz insanı sürprizlə sevindirin. Uzaq qohumlardan xoş xəbərlər ala bilərsiniz.

Qız - yeni, mürəkkəb işlərə başlamaq məsləhət deyil. Rutin, adət etdiyiniz, cari işlərlə məşğul olun. Köhnə müttəfiqlər sizə yardım edəcəklər. Yeni tanışlar və tərəfdaşlarla münasibətlər pis olmayacaq.

Tərəzi - əfsuslar olsun ki, şəxsi münasibətlər müstəvisində də durum normal deyil. Xırda, mənasız məsələlərə görə mübahisələr yarana bilər. Təmasları korlamayın. Yaranan ideyalardan birini ailə üzvlərinin köməyi ilə reallaşdırmaq olar.

Əqrəb - işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Peşəkar fəaliyyət müstəvisində uğurlar az olacaq. Diqqəti cəmləmək, başladığınız işi bitirmək asan deyil. Mühüm işgüzar danışıqlar aparmaq, karyeranızın inkişafının asılı olduğu insanlarla görüşlər üçün əlverişli zaman deyil. Maliyyə itkiləri riski var.

Oxatan - yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Sevdiyiniz insanla ixtilaflar yaratmayın. Yeni tanışlarla ehtiyatlı olun. Bu insanların bəziləri etimadınızdan öz məqsədləri üçün sui-istifadə etmək istəyirlər. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Oğlaq - bu gün çözmək məcburiyyətində qalacağınız məsələlər ilk baxışdan göründüyü kimi asan deyil. Fəaliyyətə başlamazdan əvvəl mövcud situasiyanı təhlil edin. İnandığınız insanla məsləhətləşin.

Dolça - sözlərinizdə diqqətli olun. Sayıq davransanız, aşkar münaqişəyə yol verməyəcəksiniz. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın. Bir qədər keçəcək, ünsiyyətin məcrasını konkret müəyyənləşdirə biləcəksiniz.

Balıqlar - böyük uğurlara nail olmaq istəyirsinizsə, daha aktiv çalışmalısınız. Qətiyyət və iradə yetərli deyil. Təcrübə, bilik və ən başlıcası, dəqiq fəaliyyət planı gərəkdir. Sadalananlardan biri yoxdursa, müttəfiqlərdən və dostlardan yardım istəməkdən çəkinməyin. Köhnə dostlara bel bağlamaq olar.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm