Qlobal istiləşmə rekord həddə - NASA-dan həyəcanlı VİDEO
Bizi izləyin

Qoroskop

Qlobal istiləşmə rekord həddə - NASA-dan həyəcanlı VİDEO

NASA-nın yerüstü müşahidələri və peyk məlumatlarının təhlillərinə görə, 2016-ci ilin birinci yarısında iki əsas iqlim dəyişmələrinin göstəriciləri çoxsaylı rekordları qırıb.

Açıqlamada bildirilir ki, alimlər 1880-ci ildən bəri dünyada temperatur məlumatları sistemli şəkildə tutur. Bu məlumatlara əsasən, 2016-cı ilin ilk altı ayı müvafiq olaraq 1880-ci ildən bu yana dünya miqyasında ən isti temperatur olaraq tarixə düşüb. Qoddarda Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssisləri bildiriblər ki, 2016 ilin ilk 6 ayı rekord dərəcədə isti keçib, bu isə o deməkdir ki, artıq qlobal istiləşmə rekord səviyyəyə doğru gedir. Həmçinin alimlər onu da vurğulayıb ki, XIX əsrin sonlarından başlayaraq əvvəlki illərlə müqayisədə orta hesabla havanın temperaturu 1,3 °C artıb.

Bununla belə, NASA alimlərini tarixi rekordlar deyil, davam edən qlobal iqlim dəyişiklikləri daha çox narahat edir. Bu təhlükəli tendensiya artıq onilliklərlə davam edir. Ekspertlər bildirirlər, iki əsas iqlim göstəricisi son nəticədə karbon qazının və digər zərərli qazların atmosferdə artması ilə nəticələnir.

Qlobal iqlim dəyişikliyinin iki əsas göstəricisinə əsasən, o da məlum olub ki, 2016-ci ilin birinci yarısında Arktikada buz örtüyünün səviyyəsi və səthinin temperaturu yeni rekord qırıb. Alimlər Şimal Buzlu okeanında buzların əriməsinin rekord səviyyəyə çatdığını da açıqlayıb. Açıqlamada bildirilib ki, Şimal Buzlu okean 1970-ci ildən bəri hər 10 ildə 13,4% azalmaya doğru gedir. Həmçinin NASA "Buz Körpüsü" adlı əməliyyat çərçivəsində Şimal qütbündəki buzların ərimə istiqamətini və sürətini təqib edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm