Bürclərin tarixləri dəyişdirildi - NASA-dan açıqlama!
Bizi izləyin

Qoroskop

Bürclərin tarixləri dəyişdirildi - NASA-dan açıqlama!

NASA, Ulduzların Dünyaya görə istiqamətlərini dəyişdiyini, bu səbəbdən də bürc tarixlərinin dəyişdirildiyini açıqladı.

NASA, tarixi minlərlə ilə dayanan bürclər ilə bağlı gözlənilməyən açıqlama etdi. Ulduzların Dünya ilə olan mövqelərinin dəyişdiyini bildirən NASA, 12 bürcün tarixlərinin dəyişdirildiyini bildirdi. Bürclərin birbaşa olaraq kosmos ilə bağlı olduğunu və kosmosdakı cisimlərin antik vaxtlardakı mövqelərindən fərqləndiyini bildirən NASA, Günəşin bürcləri yaradan ulduzların üzərində olduğu zamanın da bu səbəbdən dəyişdiyini açıqladı.

Bürclərin ilk dəfə Babillər tərəfindən istifadə edilməyə başladığı vaxtdan 23 İyul ilə 22 Avqust tarixində anadan olanların Aslan bürcü olduğu, lakin göyüzündə yaşanan dəyişimin ardından bu tarixdə anadan olanlar Xərçəng bürcü olduğu açıqlandı. Buna səbəb olaraq Dünyanın orbitinin keçdiyi Şimal Qütbünün eynimövqedə olmaması, aradan keçən 3.000 illik müddətdə göy üzünündəyişmiş olması göstərilir.
Bu açıqlama ilə kifayətlənməyən NASA, Ophiuchus yəni İlan adına 13-cü bir bürcün olduğunu bildirir. 30 Noyabr - 17 Dekabr tarix aralığına aid olan İlan bürcünün Babillər tərəfindən bilinməyən bir səbəbdən ortaya çıxarılmaması bildirilir.
NASA-nın etdiyi bu açıqlamanın ardından dəyişdirilən bürclərin tarixləri belə olacaq:

18 Aprel - 13 May : QOÇ

13 May - 21 İyun : BUĞA

21 İyun - 20 İyul : ƏKİZLƏR

20 İyul - 10 Avqust : XƏRÇƏNG

10 Avqust - 16 Sentyabr : ŞİR

16 Sentyabr - 30 Oktyabr : QIZ

30 Oktyabr - 23 Noyabr : TƏRƏZİ

23 Noyabr - 29 Noyabr - ƏQRƏB

30 Noyabr - 17 Dekabr : İLAN

17 Dekabr - 20 Yanvar : OXATAN

20 Yanvar - 16 Fevral : OĞLAQ

16 Fevral - 11 Mart : DOLÇA

11 Mart - 18 Aprel : BALIQ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm