Ayda sivilizasiya tapıldı
Bizi izləyin

Qoroskop

Ayda sivilizasiya tapıldı

“Daily Mail” xəbər verir ki, finlandiyalı ufoloq Mark Savalha Ay fotolarından birində dik antena aşkar edib. Onun fikrincə, bu, Yer kürəsinin peykində yüksək inkişaf etmiş yadplanetli sivilizasiyanın mövcudluğunu göstərir.

Fin ufoloq iddia edir ki, yadplanetlilər Ayda yeraltı minerallar çıxarır. Mütəxəssis, həmçinin əmindir ki, bu məlumat artıq çoxdan NASA-ya məlumdur, lakin amerikanlar informasiyanı cidd-cəhdlə gizlədirlər.

M.Savalha bildirib ki, amerikalıların Aya pilotlu uçuşlardan imtina etməsinə məhz yadplanetlilər səbəb olub. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm