• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Yer kürəsi məhv olacaq, yadplanetlilər... – NASA-dan ŞOK PROQNOZLAR

  • Qoroskop
  • 23 Sentyabr 2016 12:21
  • 3 686 Baxış
Yer kürəsi məhv olacaq, yadplanetlilər... – NASA-dan ŞOK PROQNOZLAR

Yer kürəsi kainatda canlı varlıqlar tərəfindən tutulmuş tək planet deyil.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlə Amerika Milli Kosmik Agentliyinin (NASA) keçmiş astronavtı Leroy Çiao çıxış edib.

Keçmiş astronavt əminliyini ifadə edib ki, yadplanetlilər mövcuddur. Beynəlxalq Kosmik Stansiyasında 230 gün olan astronavt qeyd edir ki, Yer kürəsi öz tərzində olan tək planet ola bilməz. Çiaonun sözlərinə görə, onda bu barədə əminlik ilk növbədə uçuşlar zamanı yaranıb.

NASA-nın keçmiş əməkdaşı bildirir ki, böyük Kainatda həyatın olduğu ən yaxın adacıq bizdən yüz milyonlarla işıq ilindədir. Bu halda hətta texnologiyaların müasir inkişaf səviyyəsi ilə Günəşdən sonra ən yaxın ulduza məsafə 80 min il təşkil edərdi. Lakin, mütəxəssis ümid edir ki, bəşəriyyətə Yer kürəsindən kənar həyatı tapmaq üçün Günəş sistemini tərk etməyə ehtiyac olmayacaq.

O, Yer kürəsinin məhvini proqnozlaşdırıb. Çiao gələcəkdə Yer kürəsinin məhvini qaçılmaz hesab edir. Onun nöqteyi-nəzərindən, ən böyük ehtimalla planetdə həyatı insanlar özləri məhv edəcəklər. Keçmiş astronavt canlı varlıqların doğulması və ölümü kimi bu və ya digər planetlərin yaranması və məhvini qanunauyğun və qaçılmaz proses adlandırır. “Mən inanıram ki, istənilən vaxtda Kainatın hansısa bir hissəsində həyat yaradılır və hansısa hissəsində ölür”, - deyə Leroy Çiao qeyd edib.

Daha əvvəl NASA-nın astronavtı Tom Couns, o cümlədən NASA-nın başçısı Çarlz Bolden Yer kürəsindən kənarda həyatın, hətta yad planetli sivilizasiyaların ola biləcəyini bildirib. Amma onların ikisi də vurğulayıb ki, başqa planetlərdə həyatın mövcudluğunun kifayət qədər yüksək ehtimalı insanların yadplanetlilərin Yer kürəsinə səfərlərinə inanmasına əsas vermir.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR