• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Astroloji proqnoz - 23 fevral

  • Qoroskop
  • 23 Fevral 2017 00:03
  • 3 027 Baxış
Astroloji proqnoz - 23 fevral

Qoç - səhhətinizə diqqət yetirin. Xroniki ağrılar kəskinləşə bilər. Travma riski var. Uşaqları qoruyun.

Buğa - narahatlıq və təlaş səviyyəsi yüksəkdir. Özünüzü tənha hiss edəcəksiniz, ünsiyyət müsbət hisslər yaratmayacaq.

Əkizlər - yaxın ətrafınızdakı insanlara inanmır, ciddi məsələlərdə əminlik duymursunuz. Münasibətlərlə bağlı ciddi məsələlərə toxunmaq olar.

Xərçəng - yaşam arealınızı daha rahat edin, iş yerini qaydaya salın. Bu gün bir sıra məqamlara aydınlıq gətirin. Səs-küylü məclis və kütləvi əyləncələrdən uzaq durun.

Şir - Təmkinli, qərarlı və qətiyyətli olun. Əks halda daxili harmoniya və sakitlik hissi yaranmayacaq. Axşam saatlarında açıq havada olun, gəzintiyə çıxın.

Qız - niyyətlərinizdə ciddi və səmimi olun. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, kateqorik fikirlər söyləməyin. Heç bir olayı və ya prosesi süni şəkildə sürətləndirməyə çalışmayın. Şərtlər və situasiya özləri izhar olunmalıdır.

Tərəzi - imkan varsa mühüm tədbiri, səfəri, yoxlama və şəxsi görüşləri təxirə salın. Səhhətiniz və sevdiyiniz insanların rifahını ön plana çıxarın.

Əqrəb - günün ilk saatlarını sakit şəraitdə keçirin. Sonradan passiv olmayın, süst davranmayın. Bütün işləri günün ilk yarısında başa vurun. Günün ikinci yarısında mütaliə, internetdə vaxt keçirmək, dostlardan biri ilə ünsiyyət məsləhətdir.

Oxatan - aktiv, enerji, yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyət vaxtıdır. Rəqabətə dayanıqlılıq səviyyənizi, güc və imkanlarınızı sınağa çəkmək istəyən adam var. İtki, zərər, peşmançılıq istisna deyil.

Oğlaq - Problemlər olacaq. Lakin sevinəcək, itkilərin yaratdığı hissdən çıxacaqsınız. Günün ikinci yarısı daha əlverişli və uğurlu olacaq.

Dolça - etibar etdiyiniz insanların sizə dediklərinə qulaq asın. Planların dəyişməsi, faydalı yeniliklər və xeyirli islahatların gerçəkləşməsi mümkündür.

Balıqlar - Səhər saatlarında aktiv çalışın. Axşam saatları istirahət və dəyərli insanlarla görüş zamanıdır. Çətin problemin həlli də məhz bu vaxta təsadüf edir.

milli.az

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR