Astroloji proqnoz - 3 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 3 aprel

Yeni istiqamətin seçim vaxtını qaçırmayın.

Qoç - yuxulu, diqqətsiz ola bilərsiniz. Günə işlərdə və ətrafınızda qayda-qanun yaratmaqla başlayın. Fiziki iş faydalıdır. Əhvalınız və işlərin effektivliyi günün ikinci yarısında dəyişəcək.

Buğa - münaqişə yarada biləcək istənilən söhbətlər, mübahisələr, informasiya mübadiləsi və yazışmaya qatılmayın. Əks təqdirdə köhnə münasibətlərlə yanaşı, yeni yaranmış əlaqələr də zərər çəkə bilər.

Əkizlər - hadisələr sınaq səciyyəli ola bilər, amma onların sayəsində indi diqqət mərkəzində olan hadisə və nəsnənin əsl dəyərini öyrənə bilərsiniz. İstəklərinizə, maraqlarınıza, tələblərinizə daha çox diqqət ayırın. Axşam saatlarında istirahət edin, gəzintiyə çıxın. Məhdudiyyətlər yalnız maraqla bağlıdır.

Xərçəng - hadisələri diqqətlə izləyin, ətalətli olmayın. Nəyinsə yaranmağa başladığını duymasanız, sonra ciddi problemlərlə qarşılaşa bilərsiniz. Daxili gərginliyin səviyyəsini aşağı salın, iddiaları bir qədər zəiflədin.

Şir - bu gün səhər saatlarından etibarən bir qədər aktivliyi azaldın, yaxın günlərlə bağlı planlarınızı düşünün. Soyuqqanlı, hər şeyi hesablayan adam olun, emosiyaları arxa plana salın və yalnız işlə məşğul olun.

Qız - yeni istiqamətin seçim vaxtını qaçırmayın. Yüksək məhsuldarlıq yaradıcılıq istəkləri ilə müşayiət olunacaq. Axşam saatlarında maraq və istəklərinizin təzahür dönəmidir.

Tərəzi - bu çətin olsa da, gərəklidir. Sizi narahat edən dəyişikliklərə praktiki nəzərlərlə baxın. Diqqətinizi cəlb edən münasibətlərin romantik areolu darmadağın ola bilər.

Əqrəb - yaxın ətrafınızdakı adamlardan birinin təxribatına və hücumuna aqressiv tərzdə cavab verməyin. Hiyləgər olun, sizə qarşı qurulan tələni görün, məkri anlayın. Daha vacib işi görmək, gəlir əldə etmək və ya məqsədə çatmaq üçün vidalaşmalı olduğunuz nəsnəni müəyyənləşdirin

Oxatan - işlərdə konstruktiv yeniliklər, gərginliyin azalması, mühüm situasiyada aydınlaşma mümkündür. Mürəkkəb məsələləri, məsləhətləşmələri təxirə salmayın. Bu gün romantik planlar qurmayın, əyləncəni təxirə salın. Mütəxəssis məsləhəti, səhhətin diaqnostikası, müalicəyə başlanması, məşqlərin bərpası, yeni tanışların tapılması üçün əlverişli gündür.

Oğlaq - fikir və qayğıların çoxluğu pərişanlıq yarada bilər. İnternetdə saatlarla vaxt keçirməyin, ifrat sosiallaşmayın. Gündən maksimal dərəcədə effektiv istifadə edin.

Dolça - yaşanan şəraitin təfərrüatlarını anlayacaq, perspektivləri daha aydın görəcəksiniz. Sizi cana yığan rutinlik, adilik, bozluqdan qurtulmaq istəyəcəksiniz. Şərait sizi köhnə mövzuya qayıtmağa vadar edəcək. Yaradılanın dağılması, yeni imkanların araşdırılması mümkündür.

Balıqlar - səhər saatlarını ötən günlərdən qalmıış məsələlərin həllinə və işlərin başa vurulmasına həsr edin. Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyət və ya üstün instansiyalarla təmaslar yaxşı nəticə verə bilər. İşdə tapşırıqlar arta bilər.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm