Qoroskop
Səbuhi Rəhimlidən mayın 13-nə olan astroloji proqnoz
QOÇ – Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
BUĞA – Gücünüzü potensialınızın inkişafına yönəldin. Hər bir məsələdə mövqeyinizi açıq göstərməyə çalışın. Həlledici məqamlarda tərəddüd etmək və ya qapalı olmaq ziyanlıdır.
ƏKİZLƏR – Öz düşüncənizin mütləq doğru olduğunu zənn etməyin. Sizin kimi insanlar üçün kənar məsləhətlər əksər hallarda effekt verir. Bunu anlayın ki, nicat tapasınız. Bu gün qazanmaq ehtimalınız yüksəkdir.
XƏRÇƏNG - Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
ŞİR - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir. Amma səfərə çıxmayın.
QIZ - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atmalısınsz. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.
TƏRƏZİ - Yaxşı bir gün yaşayacaqsınız. İlahi qaydaları pozmadığınız təqdirdə bütün proseslərdən qazancla çıxacaqsınız. Bir qədər fəlsəfə və psixologiyaya vaqif olun ki, rəğbət qazanasınız.
ƏQRƏB - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.
OXATAN - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.
OĞLAQ - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.
SUTÖKƏN - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.
BALIQLAR - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR