Qoroskop
Astroloji proqnoz - 29 aprel
Qoç - işdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın.
Buğa - pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.
Əkizlər - işlərinizdə uğur vəd edən gündür. Sizə yardım edə biləcək insanların dəstəyini qazana bilərsiniz. Bədxahlar və rəqiblər aktiv olsalar da, onların çirkin intriqasını faş edin.
Xərçəng - günün ilk yarısında aktiv olun. Yarımçıq işləri başa vurun. Süst davranmayın. Axşam saatlarında alış-veriş edin. Macəra istisna olunmur.
Şir - ünvanınıza çox tənqid səslənəcək və onların əksəriyyəti konstruktiv olmayacaq. Münaqişə istəmirsinizsə, təmkinli davranın.
Qız - ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir. Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.
Tərəzi - xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir. Axşam saatlarında açıq havada aktiv istirahəti seçin.
Əqrəb - rəvan və stabil olmayan gündür. İşlər gah əla olacaq, gah da problemlərlə qarşılaşacaqsınız. Emosional fondakı yerdəyişmələr sizi usandıracaq. Günün ortasında yorulduğunuzu hiss edəcəksiniz.
Oxatan - problemli gündür. Müşkülləri ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.
Oğlaq - dəvət aldığınız tədbirə qatılın, susqun və laqeyd davranmayın. Alış-verişdə planlaşdırılmamış heç nə almayın.
Dolça - gerçəkdən də, xoşladığınız işlə məşğul olanda əhvalınız yaxşılaşacaq. Sevimli iş üçün mütləq vaxt tapın.
Balıqlar - müttəfiqlərə yardım göstərməyə hazır olun. Bu gün onların sizin dəstəyinizə ehtiyacı ola bilər. Səfərlər üçün uğurlu gündür.
milli.az
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”