Qoroskop
Astroloji proqnoz - 21 may
Qoç - Sizi çox çətin gün gözləyir. Xeyli suala
cavab tapmalısınız, bu isə elə də asan deyil. Yaxınlarınızla dil
tapa, ailədə sakitliyi qoruya bilmirsiniz. Hadisələrin başqa cür
inkişafı bir çox Qoçların özlərini günahkar hiss etmələrinə səbəb
olur. Ancaq heç bu da onları düşüncəsiz hərəkətlərdən
çəkindirmir.
Maliyyə çətinlikləri mümkündür. Lazım olandan çox xərcləməyə
meyllisiniz. Səfərə gedənlərin yol yoldaşları ucbatından
problemləri yarana bilər.
Buğa - Uğurlu gündür. Yaxınlarınızın qayğıları və
qarşı cinsin nümayəndələrinin diqqəti heç kəm olmur. Bunların
hamısı əhvalınızı qaldırır, üstəlik, cazibədarlığınızı artırır.
Ziyafətlərə gedə, mədəni istirahət edə bilərsiniz. Teatr premyerası
və yaxud təntənəli qəbulda siz diqqətdən kənarda
qalmayacaqsınız.
Kommersiya fəaliyyəti ilə məşğul ola, sövdələşmələr bağlaya, vacib
sənədləri imzalaya bilərsiniz. Bir çox Buğaların işlə bağlı gözəl
ideyaları yaranacaq, bunların sayəsində karyera pillələri ilə çox
yuxarılara qalxa bilərsiniz.
Əkizlər - Bu gün hər bir işiniz uğurlu olacaq.
Əvvəllər buraxdığınız səhvləri aradan qaldıra, hətta yolundan
azanları da haqq yoluna qaytara biləcəksiniz. Sizin pedaqoji
bacarıqlarınız bu gün çox qabarıq üzə çıxır və maraqlıdır ki,
kimsəni bezdirmir. Uşaqlar və kiçikyaşlı qohumlarınızla ünsiyyət
xoş keçəcək.
Bu gün alış-verişə də çıxa bilərsiniz. İlk baxışdan sizə lazımsız
görünən əşyanı da ala bilərsiniz - çox tezliklə o sizin gərəyiniz
olacaq.
Xərçəng - Bəzən anlaşılmazlıq yaransa da, gün
yaxşı keçir. Sağlam düşüncəniz sizi darda qoymur, onun sayəsində
başqa burclərin nümayəndələrinin tez-tez rastlaşdıqları
çətinliklərdən qaça bilirsiniz. Yaşlı nəslin nümayəndələri ilə
ünsiyyət üçün münasib gündür. Xüsusilə qadın qohumlarınızdan vacib
məlumatlar eşidə bilərsiniz.
Bu gün qiymətli daş almaq yaxşı olar: onlar sizə uğur gətirəcək.
Gəzintilər, şəhər kənarında istirahət xeyrinizə olacaq.
Şir - Gün sizin üçün çətin olacaq. Bəxtiniz
gətirmir, amma bunu etiraf etmək istəmirsiniz. Elə bu səbəbdən də
uğur qazanmadığınız işlərə dəfələrlə qayıdırsınız. Bu gün çox
canfəşanlıq edirsiniz. Heç məsləhət deyil. Əziyyət çəkir, bəhrəsini
görmürsünüz. Bunu nə qədər tez anlasanız, bir elə çox gücünüzü
qoruya bilərsiniz.
Günün ikinci yarısı səhhətiniz korlana bilər. Bundan başqa, bu gün
mənfi xarici təsirlərə müqavimət göstərmək gücünüz azdır. Odur ki,
ünsiyyətlərdə diqqətli olun: hətta səbəbsiz yerə xoşunuza gəlməyən,
sizi qıcıqlandıran insanlardan qaçın.
Qız - Neytral gündür. Son vaxtlar baş verənləri
analiz etmək, nəticələr çıxarmaq vaxtıdır. Diqqətinizi vacib olan
məqamlara yönəldə bilirsiniz, heç nə diqqətinizdən qaçmır. Bəzi
nəzakətsiz qohumlarınızın diqqəti və iradları sizi əsəbləşdirəcək,
amma çox güman ki, mübahisəyə yol verməyəcəksiniz.
Maliyyə problemləriniz ola bilər, alış-veriş elə də uğurlu
olmayacaq. Təmirə başlamaq, mebelin yerini dəyişmək, məişət
texnikasını təmir etmək məsləhət deyil. Axşam zədə ala bilərsiniz,
özünüzü gözləyin.
Tərəzi - Yeni bir layihəni gersəkləşdirməyə
başlaya bilərsiniz. Gözəl ideyalar, ilham, enerji, uğur sarıdan
korluğunuz olmayacaq. Əsas odur ki, diqqətinizi mənasız işlərə
dağıtmayasınız. Sizi yoldan çıxarmaq istəyənlərə isə nəzakətlə
qapını göstərin.
Səyahətə çıxmaq, yaxud səfərə hazırlaşmaq üçün münasib gündür.
Turist putyovkaları, biletlər, geyim və yolda gərəyiniz ola biləcək
digər əşyalar da ala bilərsiniz. Evdən uzaq olduqca təsadüfi
həvəslərin ehtiraslı eşq macərasına çevrilmək ehtimalı artır.
Əqrəb - İstirahət üçün əla gündür. Gözəl bir
məclisdə yaxşı vaxt keçirə, maraqlı insanlarla ünsiyyət qura
bilərsiniz. Çox xoş bir insanla tanışlığınız həyatınıza rəng
qatacaq. Qohumlarınızla fikir ayrılıqları mümkündür, amma siz
müzakirələrin mübahisəyə çevrilməsinə imkan verməyəcəksiniz.
Qəfil təklif və dəvətlər mümkündür, tək qalmaq istəyiniz peyda
olarsa, onu gerçəkləşdirmək çox çətin olacaq. Günün ikinci yarısı
vacib xəbərlər ala bilərsiniz.
Oxatan - Bu gün əvvəlkilər kimi çətin olmayacaq.
Bircə bunu bilmək kifayətdir ki, əhvalınız yaxşılaşsın. Qalanları
asandır: azacıq səy göstərməklə istədiyinizi ala bilərsiniz. Uzaq
və uzun səfərlərə çıxmaq məsləhət deyil. Xırda gəzintilər,
ekskursiyalar isə yaxşı keçəcək.
Bu yaxınlarda qırılmış əlaqələri bərpa etmək, yaxud sönmüş
ehtirasları yenidən alovlandırmaq üçün münasib gündür. Siz yorulmaq
bilmirsiniz, nə sizin, nə də ətrafınızdakıların darıxmaq üçün heç
bir şansları yoxdur.
Oğlaq - Çətin olacaq. Problemlər çoxdur. Ən pisi
isə əhvalınızın korlanmasıdır. Hətta uğurlarınıza da sevinmirsiniz.
Yaxınlarınızın sizi şənləndirmək cəhdləri boşa çıxır: siz daha da
əsəbləşirsiniz.
Bu gün vacib qərarlar verməyiniz məsləhət deyil. Bu, xüsusilə
uzunmüddətli nəticələri olan qərarlara aiddir. Hadisələrin çox
qaranlıq gələcəyi barədə düşünür, panikaya düşür, dava başlamamış
təslim olursunuz. Sonra isə bu gün qətiyyətli olmadığınıza görə
peşman olacaqsınız.
Dolça - Bir qədər nikbin ruha köklənsəniz, pis
olmaz. Çünki neqativ emosiyaların təsirindən çıxmaq sizə çətindir.
Günorta çox gərgin olacaq: narahatlıq, gələcək üçün əndişələr,
qəbul olunmuş qərarların düzgünlüyünə şübhələr sizi özünüzdən
çıxaracaq.
Günün ikinci yarısı sakitləşdirici məşğuliyyətlərə üstünlük verin.
Dini, psixoloji ədəbiyyat oxuyun. Magiyaya heç bir həvəs
etməyin.
Balıqlar - Həftənin ən sakit günüdür. Narahatlıq
üçün əsas yoxdur, hadisələrin inkişafı sizin istəmədiyiniz
istiqamətə yönəlsə də, xoşagəlməz nəticələrin olacağını ağlınıza
gətirməyin. Pul ala bilərsiniz, miqdarı böyük olmasa da, vaxtında
dadınıza çatacaq.
Dostlarla görüş əla, sevgilinizlə görüş isə bir qədər sönük olacaq.
Sizin yumor hissiniz diqqəti cəlb edir, istənilən məclisin ulduzuna
çevriləcəksiniz. Günün ilk yarısı yeni tanışlıqlar qura bilərsiniz,
axşamı isə yaxınlarınızla keçirin.
milli.az
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI