Qoroskop
Astroloji proqnoz - 11 iyun
Qoç - Günün ilk yarısında yaradıcılıq
potensialı yüksəkdir. Əvvəllər çözə bilmədiyiiz bir neçə problemi
asanlıqla həll edəcəksiniz.
Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna
gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var.
Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək
gərəkdir. Tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv
fəaliyyət zamanıdır.
Günün ikinci yarısında maliyyə çətinliklərinin əhvalınızı pozması
istisna deyil.
Pərişan olmayın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
Buğa - Kiçik problemlər, xırda anlaşılmazlıqlar,
sizi təbdən çıxaran nüanslar günüdür. Neqativ emosiyalar baş
verənləri dəqiq qiymətləndirməyə mane olur.
Halbuki işlərin axarı o qədər də pis deyil. İşlə bağlı, şəxsi
həyatda da problemlər təcili həllini tələb edir. Prioritetləri nə
qədər tez müəyyənləşdirsəniz, bir o qədər yaxşıdır.
Maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişdən,
bahalı əyləncədən imtina edin.
Yaşam potensialının səviyyəsi aşağıdır. Günün ikinci yarısında
travma və ağrı riski var. Ağır işə başlamayın.
Əkizlər - Əlverişli, işdə və şəxsi münasibətlərdə
yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv
iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin.
Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Yeni hami, sizə
dəstək olacaq insan tapa bilərsiniz.
Alış-veriş üçün əlverişli gündür.
Güzəştlərə getmək gərəkdir. Bir addım geri çəkilsəniz, nüfuzunuza
zərbə dəyməz, münasibətlərdə sərinlik yaranmaz. Yaxın ətrafınızdakı
insanlara qarşı irəli sürdüyünüz tələblər məntiqidir.
Ailəlisinizsə, uşaqlarla dil tapın. Sərt və aqressiv olmayın.
Xərçəng - İşlə bağlı istənilən məsələlərin
müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da,
emosiyaların əsiri olmayın.
Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin
rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının
nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür.
Hüquqi məsələləri həll etmək olar.
Axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək.
Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər,
idmanla çox məşğul olmaq məsləhət deyil.
Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.
Şir - Günün ilk yarısında ehtiyatlı olun. Səhvə
yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini
həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil.
Müsbət təmayüllərin təsiri güclənir.
İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq
imkanı yaranır.
İşləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur.
Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin.
Yaxınlarınızı sevindirin.
Həssas və diqqətli olun.
Qız - Müsbət təmayüllərin təsiri güclüdür, gün
ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli
olacaqsınız.
Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq
üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun.
Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın
gərəkdiyini müəyyənləşdirin.
Təhsil və tədris üçün əlverişli gündür.
Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı
problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin.
İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır.
Axşam saatlarında səhv etməyin.
Tərəzi - Səbrli, dözümlü olun. Gün böyük uğurlar
və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt
gərəkdir.
Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin
üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün
açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun.
Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya
bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını
dəyərləndirmək asan deyil.
Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin
dəstəyinizə ehtiyacı var.
Əqrəb - Əlahiddə uğurlara rəğmən, gün əlverişli
deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə
fəlakət təsiri bağışlayacaq.
Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr
əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə
çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil.
Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez
səhvlərə yol verirsiniz.
Yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən
həzz alacaqsınız.
Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək
işi gümana bağlamayasınız.
Səfər varsa, diqqətli olun.
Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır.
Oxatan - İşlə bağlı problemlərdən qurtulmaq mümkün
deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın.
Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər
şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli
olun.
Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir
dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın.
Günün ikinci yarısında iş tempini aşağı salmaqla əhvalınızın
yaxşılaşacağını düşünürsünüzsə, yanılırsınız. Darıxmamaq üçün
maraqlı məşğuliyyət tapın.
Oğlaq - Günün ilk yarısı qarışıq, təbəddülatlı və
əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb
təxirəsalmalar yaşanır.
Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər
getməsin.
Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən
razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq.
Alış-verişdə çox pul xərcləməyin.
Dostlar və qohumların yardımına bel bağlaya bilərsiniz.
Yaxınlarınız sizi dinləyəcək, məsləhət verəcək, real kömək
göstərəcəklər. Səfərə çıxmaq məsləhət deyil.
Boş vaxtınızı evdə keçirin, zamanınızı sevdiyiniz məşğuliyyətə həsr
edin.
Dolça - Aktiv hadisələrlə zəngin gündür. Darıxmağa
vaxt olmayacaq. İşlə bağlı yeni tələblər, sifarişlər və məsələlər
peyda olur.
Onları vaxtında həll etməyə çalışın. Liderlik keyfiyyətinizi,
təşkilatçılıq qabiliyyətinizi göstərin. İş yerini dəyişmək üçün
əlverişli gündür.
Yeni işdə və ya sifarişin yerinə yetirildiyi yerdə müttəfiq
tapacaqsınız.
Sərt danışmayın. Sizdən inciməyəcəklər, çünki haqlısınız.
Buna rəğmən, münasibətləri gərginləşdirə biləcək sözlər
deməyin.
Ailə problemini həll etmək, çətin vəziyyətə düşmüş qohumlara yardım
etmək imkanları var.
Balıqlar - Asan gün deyil. Sağlam məntiq və
praktiki davranış çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Planlarınızda dəyişikliklər etməyə hazır olun.
İmprovizə edin. Belədə şərtlər sizinə leyhinizə olsa da, gərəkli
nəticələr əldə edəcəksiniz. Mühüm məlumatların alınması, məhsuldar
telefon danışıqlarının aparılması istisna deyil.
İndiyədək çətin vəziyyətlərdə dəfələrlə sizə yardım etmiş
insanlarla görüş mümkündür.
Həmin adam sizə işgüzar təklif edə bilər.
İş məsələləri və şəxsi münasibətləri qarışdırmayın.
Axşam saatları romantik emosiyalar üçün əlverişli deyil. Köhnə,
unudulmuş əlaqələri bərpa etməyə çalışmayın.
milli.az
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq