Qoroskop
Səbuhi Rəhimlidən mayın 17-nə olan astroloji proqnoz
QOÇ – Bu gün qarşınızda xeyli iş və vəzifələr durur. Amma Göy qübbəsi bunların öhdəsindən gələcəyinizi bildirir. Əgər tərəddüdünüz olarsa, təcrübəli insanların məsləhətindən yararlanın.
BUĞA - İstirahət haqqında düşünməyin. Bu gün ümumiyyətlə, evdə oturmaq olmaz. Ona görə ki, bütün göstəricilər həyatınızı dəyişə bilən təsadüflər vəd edir. Qapalı yerdə isə belə şey olmur.
ƏKİZLƏR – İş yerində xırda narahatçılıq olsa da, bu, qısa zamanı əhatə edəcək. Əsası odur ki, ünsiyyətdə olduğunuz hər kəsi dəqiq tanıyasınız. Bu gün qərəzkar adamlarla hər bir ünsiyyəti kəsin.
XƏRÇƏNG – Sağlıq durumunuzdakı xırda narahatçılığı nəzərə almasaq, günün ümumi bəhrəsini görəcəksiniz. Hətta saat 15-18 aralığında şəxsi büdcənizdə artım da mümkündür. Səfərə çıxmayın.
ŞİR – İşğal tariximizə təsadüf etsə də, qarşınızda duran bu təqvim xatirinizdə uzun zaman xoş bir təəssüratla qalacaq. Daha aktiv olun ki, mənəvi mənfəətiniz cəld və bol olsun. Səfərə çıxmayın.
QIZ – Səbrli olmaq bu tarixdə üzərinizə düşən başlıca vəzifə olacaq. Xüsusən də yeni iş qurduğunuz adamlarla diqqətli davranmalısınız. Bu gün qiymətli əşyalarınızı da qorumalısınız.
TƏRƏZİ – Ətrafınızda cərəyan edən olaylar o qədər də zövqünüzə uyğun deyil. Amma bunu özünüzə dərd etməyin. Çünki nahardan sonra bu qənaətlərinizi inkar edə biləcək olaylarla rastlaşacaqsınız.
ƏQRƏB – Nəhayət ki, sıxıntılı məqamlarınıza vida söyləyəcəksiniz. Təxminən saat 12-dən etibarən həyatınızın “qızıl dövrünə” start veriləcək. Bütün gücünüzü səfərbər edin, dostlara arxalanın.
OXATAN – Bir qədər təxribatlı gündür – sizi sevməyənlər hücuma keçə bilər. Bu səbəbdən hər bir işi ehtiyatlı icra etməli, sənədlərlə bağlı tam diqqətli olmalısınız. Yeməyi vaxtlı-vaxtında qəbul edin.
OĞLAQ – Nahara qədər münasibətlərə diqqət yetirin. Kimlərisə yerli-yersiz itiiham etməyin. İndi sizə münasibətləri inkişaf etdirmək daha vacibdir. Bu gün heç kimə borc verməyin.
SUTÖKƏN – Bürcünüzdəki astronomik mənzərə daha çox büdcənizin artımına xidmət edəcək. Əgər Göylərin qərarını yerdə də bərkitsəniz, nəticə sizi tam qane edəcək. Yalan vədlər verməyin.
BALIQLAR – Özünüzü iş-güclə çox yükləməyin. Çünki gün boyu fiziki bədəniniz artıq yük götürməyə qabil olmayacaq. İş rejimi imkan versə, istirahət edin. Ziyarət üçün də yaxşı vaxtdır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ