Astroloji proqnoz - 4 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 4 iyul

Yaxşı gündür, imkanları əldən verməyin.

Qoç - Yaxşı gündür, imkanları əldən verməyin. Səhər tezdən durub işlərə başlayın - görüşlər təyin edin, əyləncə fikirləşin. Planlarınızı həyata keçirmək üçün lazım olan insanların hamısı əhatənizdədir.

Buğa - qəfil, eyni zamanda xoş və cəlbedici təkliflər alacaqsınız. Bunlardan hansısa diqqətinizi cəlb etsə, intuisiyanıza güvənin.

Əkizlər - yarımçıq qoyduğunuz işlərinizi bir daha gözdən keçirin. Həm özünüzün, həm də başqalarının yaxşı ideyalarını həyata keçirmək üçün bu gün çox münasibdir. Köhnə dostlarınıza etibar edin.

Xərçəng - yaxşı tanıdığınız insanlarla çalışın. Onlardan biri bu gün sizə çox qiymətli bir kömək göstərəcək. Keçmişdə çox sevdiyiniz biri ilə görüşə bilərsiniz. Nə vaxtsa bu sevginizə nəsə mane olurdusa, bu gün heç nədən çəkinməyin, hisslərinizi gizlətməyin.

Şir - Bu gün "xatırlatma" günüdür. Keçmiş tanışlar, həmkarlar, sevgililər, külək qovub gətirən buludlar göyün üzünü örtən kimi, hər yanı bürüyürlər. Çoxlarında bu şansdan istifadə etmək arzusu oyanır, amma çox az adama bu müyəssər olacaq.

Qız - səhər duranda ətrafınızda nə baş verdiyinizi anlaşdıra bilməyəcəksiniz. Bir çox hadisələrin mahiyyətinə varmaq, gizli məna tapmaq istəyirsiniz, hər şeyi çətinləşdirirsiniz. Amma bunlar sizin işinizə mane olmur.

Tərəzi - bütün suallarınızın cavabını bilən bir adamla rastlaşacaqsınız. Axşam çox möhtəşəm olacaq. Həm dostlarla, həm də romantik görüş əla keçəcək. İmprovizasiyadan çəkinməyin.

Əqrəb - sizin ləyaqətli hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. Həmkarlarınızın, rəhbərliyin hörmətini qazanacaq, nüfuzunuzu möhkəmlədəcəksiniz.

Oxatan - sizin peşəkarlığınıza kimsənin şübhəsi yoxdur. Nüfuzlu və təcrübəli adamlar sizə məsləhət üçün müraciət edəcəklər. Sizi xoş sürprizlər gözləyir. Aşiq Oxatanlar, xüsusilə ilk dəfə görüşə gedənlər xeyli sevinəcəklər.

Oğlaq - vaxtilə birgə layihədə çalışmaq istədiyiniz adamları axtarıb tapın. Bütün işlər sizin şəxsi iştirakınızı tələb edəcək, odur ki, bütün köməkçilərinizin işini yoxlayın, tapşırıqlarınızı necə yerinə yetirdiklərinə nəzarət edin.

Dolça - gözlənilməz təklif və dəvətlər alacaq, planlarınızı sürətlə dəyişəcək, maraqlı və cəsarət tələb edən eksperimentlər aparacaqsınız.

Balıqlar - elə bilirsiniz, siz olmasanız, Yer kürəsi fırlanmayacaq? Bir dayanın, nəfəs alın, bu qədər işləmək olar? Yaxşı, əgər istirahət etmək istəmirsinizsə, onda bütün işləri təklikdə görün, yoxsa fikrinizi yayındıracaqlar və çoxlu səhv edəcəksiniz.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm