Astroloji proqnoz - 5 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 5 iyul

Diqqət mərkəzindəsiniz.

Qoç - diqqət mərkəzindəsiniz. Qarşı cinsin nümayəndələrini valeh edirsiniz. Romantik tanışlıq üçün ideal gündür.

Buğa - çox məhsuldar gündür, amma yorucudur. İrəliyə doğru hərəkət etmək istəyirsinizsə, tələsməyin, sakit olun, həmçinin əvvəlki işinizi yarımçıq qoymayın. İstənilən ziyafətdə özünüzü rahat hiss edəcəksiniz.

Əkizlər - kiminləsə tanış olmaq sizə problem deyil. Bu gün başlanan əhəmiyyət vermədiyiniz bir münasibət gələcəkdə ciddiləşə bilər.

Xərçəng - sakit, maraqlı, xoş gün olacaq. Özünüzü çətinə salmayın, adi qaydada işləyin, gərginlik axtarmayın. Vacib işlərinizi günün birinci yarısı bitirməyə çalışın. Axşam sizə gözəl bir görüş vəd edir.

Şir - maraqlı həmsöhbətlə ünsiyyət əhvalınızı xeyli yaxşılaşdıracaq. Romantik tanışlığa ümid etməyin, yaxşısı budur, diqqətinizi dost münasibətlərinə cəmləyəsiniz.

Qız - indi ən ağıllı iş əvvəlcədən təyin etdiyiniz plan üzrə hərəkət etməkdir. Kimsəyə sizi yolunuzdan çəkindirməyə imkan verməyin. İş yerinizi və peşənizi dəyişmək üçün də çox uğurlu gündür.

Tərəzi - cəsur planlar irəli sürün, amma onların yerinə yetirilməsinə tələsməyin, uyğun vaxtı gözləyin. Şəxsi həyatınızda dəyişiklik arzusundasınız, amma məsləhət deyil. Xüsusilə bu, evli Oxatanlara aiddir. Subaylar üçünsə yol açıqdır.

Əqrəb - özünüzün bütün yaxşı keyfiyyətlərinizi nümayiş etdirməyə imkanınız olacaq. Peşəkar mövqeyinizi möhkəmlədəcəksiniz. Təşəbbüskar olun.

Oxatan - daha cavan birisilə eşq macərası gözlənilir. Həyat təcrübəsi yaşlı Əqrəblərə özlərini cavan hiss edərək gələcəyə ümidlə baxmağa mane olmayacaq.

Oğlaq - gün xoş hadisələr və əyləncələrlə doludur. Xeyli maraqlı təkliflər gələcək, çəkinmədən qəbul etmək olar. Məhsuldar işbirliyi qura biləcəyiniz insanlarla tanış olacaqsınız. Uşaqların uğurları sevindirəcək

Dolça - qəti qərar qəbul etməzdən öncə yaxınlarınızla məsləhətləşin. Qəfil qonağınız gələ bilər. Bu gün əhvalınız yaxşı olduğuna görə həm özünüz, həm də qonaqlarınız sizdən razı qalacaqlar.

Balıqlar - vaxtınızı səmərəli keçirəcək, təşkilati işləri uğurla həll edəcək, tanışlarınız arasında yaranan xırda anlaşılmazlığı yoluna qoyacaqsınız. Çoxlu pul tələb edən, amma çox yaxşı ideyalarınız olacaq.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm