Astroloji proqnoz - 9 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 9 iyul

Yaxşı, münasib və rahat gündür.

Qoç - siz eksperiment və risklərə hazırsınız, uğurunuza qətiyyən şübhəniz yoxdur. Bu, düzgün yanaşmadır. Ulduzlar da bütün məsələlərdə sizə dəstək vəd edirlər.

Buğa - qanqaraldıcı bircə şey var: yaxınınızla heç cür dil tapa bilmirsiniz. Üstəlik, fikir ayrılıqları daha ciddi xarakter alır. Hadisələrin inkişafını sürətləndirməyin. Həm sizə, həm də tərəf müqabinizə baş verənləri sakitcə düşünmək lazımdır.

Əkizlər - uğursuz gündür. Həyata keçirilməsi mümkün olan planları heç cür qura bilmirsiniz. Ağlınıza gələn ideyaların həyata keçirilməsi isə o qədər çətindir ki, fikirlərinizi reallaşdırmaq üçün heç bir cəhd etmədən təslim olmağa hazırsınız. Üstəlik, faydalı və xoş şeylər arasında seçim etməli olacaqsınız.

Xərçəng - yeni tanışlıqlar, emosiyalar istisna deyil. Əgər söhbət yeni tanışıza qarşı oyanan maraq nəticəsində yaranan ani emosiyalardan gedirsə, heç nə etməyin, gözləyin. Düşünülməmiş addım bir sıra əyləncəli macəralara səbəb ola bilər. Lakin bu macəraların nəticəsi istədiniyiz kimi olmayacaq.

Şir - hadisələrin inkişafının sizdən asılı olduğunu başa düşür və baş verənlərə təsir imkanlarınıza səmimiyyətlə sevinirsiniz. Lakin hansısa qəti addımı atmazdan əvvəl sizi kimin hərəkətə gətirdiyini özünüzə etiraf edin.

Qız - yaxşı, münasib və rahat gündür. Romantik münasibətlərdə də problemlər mümkündür. Sevdiyiniz insanın sizi məyus edəcəyi istisna deyil.

Tərəzi - çətin emosional fonu olan əlverişsiz gündür. Başqasının təsiri altına tez düşürsünüz və özləri çarə tapa bilməyən adamlar sizin həyatınıza müdaxilə edirlər. Bəzən hər hansı gözə görünməyən səbəblər üzündən əhvalınız korlanır, əsəbi və səbrsiz olursunuz.

Əqrəb - ağır gündür. Ovqatınız da yaxşı deyil. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Qida zəhərlənməsi və allergik reaksiyalar istisna olunmur.

Oxatan - situasiya gərgindir. Əsəblər tarıma çəkilib. Ən pisi isə odur ki, heç kimin sizə rəhmi gəlmir və ya halınıza yanan yoxdur. Beləliklə, istənilən mübahisə qalmaqala qədər böyüyə bilər.

Oğlaq - yorucu və çətin gündür. Emosional fon olduqca qeyri-sabitdir. Siz öz əhvalınızla bacara və hisslərinizi gizlədə bilmirsiniz. Nəticədə, ətrafdakılarla münaqişə ehtimalı həndəsi artımla böyüyür.

Dolça - bu gün yeni tanışlıqlar üçün əlverişlidir. Ona görə də sizi nəzəri cəhətdən yeni tanışlıqlar gözləyən yerlər və tədbirlərə getməkdən imtina etməyin.

Balıqlar - bu gün, ətrafınızda əhəmiyyətli dəyişikliklərlə əlamətdar olacaq. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan, hisslərinizlə oynayan adamlarla əlaqələr kəsilir. Bu, xoşagəlməz, hətta, ağrılı prosesdir. Lakin getdikcə yüngüllük hiss edəcək və bu günü həyatınızın daha xoş və maraqlı mərhələsinin başlanğıcı kimi xatırlayacaqsınız.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm