Qoroskop
Astroloji proqnoz - 29 avqust
Qoç - Cari problemləri tərəfdaşlarınızla
müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə
gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Çətin qərarı təxirə salmayın.
Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.
Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz.
Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr
və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız
zərurət yarananda təmasda olun.
Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu
gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar.
Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü
təxirə salmayın.
Dükanlara baş çəkin, alış-veriş edin.
Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq
hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya
iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb
etməyin.
Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək
mümkündür.
Bir mövzuya diqqətinizi yönəldin.
Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə
inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun.
Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız
olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil,
əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar
və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa
yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra
bilərsiniz.
Birgə planları müzakirə edin.
Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların
sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və
inamlı olun.
Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri
çəkilməyin.
Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin,
diqqətli davranın.
Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac
yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə
məsələlərinin çözümündə hesabı unutmayın.
Ev işləri ilə məşğul olun.
Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət
və qayğı gözləyirlər.
Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr,
yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı
insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.
Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola
bilər.
Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun.
Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər
sadə baxın.
Axşam saatlarında dəvət aldığınız yerə gedin.
Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla
söhbətləşin.
Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün
prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm
məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı
maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.
Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə
bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya
yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks
təqdirdə həmin insanın sizə olan marağı itəcək.
Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza
toplayın, müxtəlif mövzuları müzakirə edin.
Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins
mənsubu ilə təmaslar xoş olacaq.
Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür.
Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul
olun.
Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin
sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası,
yeni tanışlıqlara ehtiyac duyula bilər.
Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir
verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla
münasibətlərdə yeni məqam aşkarlanır.
Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla
keçirə bilərsiniz.
Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə
mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli
mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə
maraqlı məsləhət verəcək.
Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil
fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.
Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə,
rəğbət və diqqət izharının formatına riayət edin.
Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın.
Oxatan - Görüş və danışıqlar hansısa məsələnin
maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə,
vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi
baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və
bacarıqlarınızı nümayiş etdirin.
Perspektivlərinizi genişləndirin.
Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər
çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.
İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun
başlayacaqsınız.
Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün
tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün
təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına
təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.
Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və
qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət
edin.
İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari
məsələlərlə bağlı tələskənliyə yol verməyin.
Axşam saatlarında zahiri görünüşünüzə fikir verin.
Dolça - Sakit gün olmayacaq. Yeni ideya və
təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir.
Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda
rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı
insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.
Aktivlik pozitiv səciyyəli olmalıdır.
Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması
üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə
planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün
əlverişli zamandır.
Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün
sinirlənməyin.
Yaşam arealı və iş yerinizdə qayda yaradın.
Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük
planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı
olun, kiçik və xırda məsələlərə sinirlənməyin.
Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə
bilərsiniz.
Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri
müzakirə etməkdən yayının.
Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda,
dostlarla birlikdə vaxt keçirin.
Romantik görüş stressdən qurtulmağa yardım edər.
milli.az
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO