Qoroskop
Astroloji proqnoz - 30 avqust
Qoç - bu gün özünüz də hiss etmədən
emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu
ağlınızı başınızdan almasın.
Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz
hərəkətlərə vadar edə bilər.
Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və
düşünməkdən daha üstündür.
Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi
xərclərə vadar edə bilər.
Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə
bağlı planları üstələməsinə imkan verməyin.
Mümkün təhlükəni real dəyərləndirin.
Axşam saatlarında çox yeməyin.
Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da,
irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər
yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri
arasında sizin konkret hərəkətiniz yoxdur ki?!
İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya
böyuk perspektivlər vəd etsələr, inanmayın.
Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə
edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.
İmkan düşdükcə imicinizi yaxşılaşdırın.
Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər
dincəlin.
Əkizlər - yaşam və iş taktikatınızın
dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin
davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.
Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can
atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı
illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar
dönəmidir.
Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola
bilər.
Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq.
Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən
kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni
tapşırıq verə bilər.
Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya
bilərsiniz.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun.
Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə
qəmlənməyə dəyməz.
Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.
Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox
görünməyin.
Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana
keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna
deyil.
Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya
psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.
Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini
unutmayın.
Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq
dəyərləndirin.
Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz:
niyə də yox, siz buna layiqsiniz.
Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat,
məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb
edəcək.
Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.
Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla
çalışın.
Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını
fantaziyanın şirin məhsullarından üstün tutun.
İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə
problemin həllində iştirak edin.
Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə
vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək
üçün şanslı gündür.
Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi
dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.
Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun,
axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və
ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları
müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını
almaq üçün preventiv tədbirlər görün.
Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı
onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa
dəyişiklikliyə nail olmaq şansları çox azdır.
Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən
imkanlardan yararlana bilərsiniz.
Axşam saatlarını özünüzə həsr edin.
Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl
diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil,
zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar
yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.
Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana
bilərsiniz.
Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm
kəsb edir.
Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə
çevrilməyin, bədxərclik etməyin.
Oxatan - bu gün bütün istək və arzularınızı
reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da
bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək
istəyirsinizsə, bu niyyətinizi təxirə salın.
Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.
İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə
əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri
üstələməsinə imkan verin.
Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis
xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu
unutmayın.
Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin
rəhnidir.
Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri
görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa
çalışın.
Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli,
ehtiyatlı, sayıq olun.
Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin.
Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz
ola bilər.
Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz
olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan
çəkinin.
Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.
Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir.
Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal,
təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı
insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar,
imtina etməyin.
Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı
unudun. Onların istəklərini və tələblərini nəzərə alın.
Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan
kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da,
cəzası ağırdır.
Gün səhhətiniz üçün harmonik deyil.
Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst
edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun.
Balıqlar - bu gün istənilən əksliklər və
ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə
çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt
təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına
həll edin.
Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də,
soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.
Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o
qədər artıq olmalıdır.
Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları
zərif və qəbul olunan formaya salın.
Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.
Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə
görən deyil.
milli.az
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO