Qoroskop
Astroloji proqnoz - 4 sentyabr
Qoç - Sizinlə manipulyasiya etmək çox asandır.
Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri
bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə
ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım
bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox
böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz
ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə
kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər
problemlərdən yayınmaqda yardım edəcək.
Buğa - Bu gün çox maraqlı olacağını vəd edir. Siz
kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun
əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar
özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil.
Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə
bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz.
Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala
bilərsiniz.
Əkizlər - Əqli əmək, maraqlı fəlsəfi mövzularda
düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda
uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də,
dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər
tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız
olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə
iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq,
ətrafdakıların rəğbətini qazanacaqsınız.
Xərçəng - Vacib adamlarla görüş üçün münbit
gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün
çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla
çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər
öyrənmək üçün yaxşı gündür.
Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər
şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə
bilərlər.
Şir - Bu gün daha çox romantik görüşlər üçün
münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər.
Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş
nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər
zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq.
Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla
vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Qız - Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və
enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək.
Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz
ideyalarınıza "yoluxdurmaq" o dəqiqə alınmır. Bəla burasındadır ki,
siz çox tez "qaynayır"sınız: soyuqqanlılığı qorumaq daha yaxşı
olardı.
Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir
edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə
başlamağa meyllidirlər.
Tərəzi - Gün uğursuz olacaq. Bunun əsas
səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də
vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla
münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri
kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar.
Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır.
Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər
düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl
üstündə əsdikləri münasibətlərə son qoyurlar.
Əqrəb - Kifayət qədər uğursuz gündür. Təəssüf ki,
buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan
yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir,
əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız.
Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz
prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz.
Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən
məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi
tamamilə qane edəcək, hətta, sevindirəcək.
Oxatan - Əlverişsiz mərhələ davam edir. Mənfi
tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin
vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi
məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək
olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu
qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox
Oxatanlar üçün dalandan çıxış yolu olacaq.
İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə
olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin,
özünüzdən nəsə uydurmağa çalışmayın.
Oğlaq - Sövdələşmələr və kommersiya fəaliyyəti
üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla
razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o
cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir.
İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola
bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş
sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar
verəcəklər və buna görə peşiman olmayacaqlar.
Dolça - Gün çox sakit keçəcək. Gözlənilməzliklər
planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul
ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək.
Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz,
dəstək qazanacaq.
Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq
olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik
çəkməyəcəksiniz.
Balıqlar - Uğursuz gündür. Siz öz ambisiyalarınız
və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar
sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün
şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və
intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox
asandır.
Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki
xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq
durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım
olacaq.
milli.az
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO