Qoroskop
Astroloji proqnoz - 5 sentyabr
Qoç - planlarda ciddi dəyişiklik etmək
gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə
yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin
öhdəsindən gəlməyə çalışın.
Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli,
soyuqqanlı olun.
İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir.
Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri
riski var. Alış-veriş üçün əlverişli gün deyil.
Buğa - bütün işlər dərhal alınmasa da, geri
çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin,
qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə
bilərsiniz.
Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.
Zahiri görünüşünüzə xüsusi fikir verin.
Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.
Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul
xərcləməyin. Bu gün bir qədər qənaətli davranın.
Əkizlər - qəfil hadisələr, gözlənilməz olaylara
hazır olsanız, məhsuldar çalışa biləcəksiniz.
Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə
münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da
səbatlı olur.
Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya
fərqli işə başlamaq olar.
Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın
ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan
bəhrələnin.
Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış
xərclər etməyin.
Xərçəng - işlə bağlı məsələlərin, o cümlədən çətin
problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox
kəsərli və iti olacaq.
Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli
planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın,
sadəlövh addımlar atmayın.
Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu
alınacaq.
Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər
alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış
məsrəflər ola bilər.
Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması
mümkündür.
Şir - günün emosinal fonu o qədər də uğurlu deyil
və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli
və soyuqqanlı rəftar edin.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik
yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki,
münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.
Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv
təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin
vaxtı çatıb.
Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real
planlar qurun.
Yaşam arealınızı qaydaya salın.
Qız - uğurlu, işlər üçün düşərli gündür. Sizi
məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara
çox kiçik düzəlişlər tələb olunur.
Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin
yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq.
Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr
verməyəcək.
Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır.
Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz.
Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna
deyil.
Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir.
Tərəzi - üstün cəhətlərinizi, bilik və
bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq
təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə
ilə yanaşmayacaqlar.
Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və
informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən
müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın,
müttəfiq qazanın.
Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə
çalışmağa başlamaq olar.
Əqrəb - kiçik uğurlara rəğmən, gün xoşagələn
məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif
qiymətləndirməyin.
Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə
itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna
deyil.
İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə
çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola
bilər.
Lakin ciddi nəticələrə əsla bel bağlamayın.
Oxatan - gün uğursuz başlanır, ciddi problemlər
yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə
yaratmayın.
Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın.
İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.
Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru
irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı
düşünməyin.
Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə
emosiyaları cilovlayın, təmkinli və səbrli davranın.
Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış
anlaya bilərlər.
Oğlaq - böyük qələbələr əldə etməyin çətinliyini
dərk edirsiniz. İntuisiyanız sizi aldatmır.
Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir
qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək
gərəkdir.
Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün
imkanınız çatan bütün vasitələrdən yararlanın.
Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi
seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun
hərəkət edin.
Dolça - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib
və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin.
Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və
ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına,
müstəqil şəkildə keçməlisiniz.
İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki,
hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası
daşır.
Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi
münasibətlər müstəvisində gərginlik yaratmayın.
Balıqlar - çətin gündür. Problemlərdan qaçmağa
çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın
ətrafınızdakı insanlardan yardım gözləməyə dəyməz və bunu əla
anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə
çalışır.
Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə
qarşı ciddi iradları ola bilər.
Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış
situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel
bağlamayın.
Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə
deyəcək.
milli.az
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...