Qoroskop
Astroloji proqnoz - 6 sentyabr
Qoç - Mənfi tendensiyaların təsiri həyatın
bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən
işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi
diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın
adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu
səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə
qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta
almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq
gözlənilir.
Buğa - Yaradıcılıq potensialı və özünüzə inam
yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar
qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə
girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.
Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası
odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə
bilərsiniz.
Əkizlər - Ev qayğıları günüdür. O qədər də
məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq,
onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə,
yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ
bilər.
Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi
bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və
stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə
əsaslanın.
Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar
ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox
Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra
buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez
mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını
bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll
etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.
Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi
sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən
uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq
tövsiyə olunur.
Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların
təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar
təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti
göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.
İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə
həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın
intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı
olun.
Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən
yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni
sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil.
Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan
səhvlərdən yayınmağa kömək edəcək.
Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz
adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli
gün deyil.
Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər
emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan
peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla
münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və
istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.
Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə,
istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni
tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə
rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz.
Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə
çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək.
Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq
danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq,
yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.
Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın,
planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız
xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və
xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur.
Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma
çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə
etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə
tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da,
nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə
edirsiniz.
Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun
mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı
təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə
bilərsiniz.
Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk
baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir
ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada
aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri
xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.
Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu
gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.
Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha
əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək,
qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan
düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi
faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən
öyrənəcəklər.
Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq
tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə,
ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün
hüquqi məsələlərin həlli üçün münasibdir.
Balıqlar - Bu gün əlverişsiz tendensiyaların
təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı
olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə
məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş
bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən
xərcləri minimuma endirməyə çalışın.
Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün
münasibdir.
milli.az
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO