Qoroskop
Astroloji proqnoz - 10 sentyabr
Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya
istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın
ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli
davranın.
Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən
artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal
tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə
münaqişə qaçılmazdır.
Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli
nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların
təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd
edir.
Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə
bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu
insanın yardımı sizə kömək edəcək.
Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə
illüziyalara qapılmayın.
Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud
vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla
görüşdən imtina etməyin.
Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.
Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın,
irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə
etinasız yanaşmayın.
Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə
fikir verin.
Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam
edir. Lakin keçmişin energetikasından qurtulun.
Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə
biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.
Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və
maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin
ritminə uyğun hərəkət edin.
Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan
etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı
dinləyin.
Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün
uğurlu gün deyil.
Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu
aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək.
Təşkili işə ehtiyac var.
Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin.
Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana
təzyiq göstərməyin, onunla sərt danışmayın.
Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az
qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə
məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.
Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri
var.
Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan
təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.
Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən
gələni edin.
Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst
və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan
bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar
atmaq üçün şans yaranıb.
Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə
baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə
çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və
qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.
Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə
bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq.
Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.
Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam
xəyallarla vidalaşmaq zamanıdır.
Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə
və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə
həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.
Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün
yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın.
Həmkarların sözlərinə qulaq asın.
Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin
tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi
təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan
bitirmək ehtiyacı yaranacaq.
Evdəki duruma nəzarət edin.
Günün ikinci yarısında müzakirə və ya münasibətlərin
aydınlaşdırılmasına başlamayın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Tərəzi - səhər saatlarına effektiv çalışaraq
başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox
yormayın.
Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək
onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin,
sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki,
həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.
Səhhətinizə fikir verin.
Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik
yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız
emosiyalar və sözlər deyil.
Problemli məqamları aydınlaşdırmağa çalışın.
Əqrəb - bu gün emosional və parlaq hadisə baş
verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola
bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların
qurulmasına hazırlaşın.
Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin.
Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan
nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun.
Zəif mövqedə olarkən münaqişəyə başlamayın.
Mövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və
başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin
mərhələsi başlanacaq.
Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq.
Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda
gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın
keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.
Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan
şanslardan bəhrələnin.
Oxatan - qapalı danışıqlar, intriqalardan imtina
edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can
atmayın.
Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da,
emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar
aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara,
səmimiyyətə ehtiyac yoxdur.
Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz
xərclər riski var.
Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm
verməyin.
Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin
təmasların perspektivləri yoxdur.
Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya
salınması üçün gərəkli tədbirləri görün.
Axşam saatlarında istirahət edin.
Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız.
Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət
gözləyirlər.
Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və
nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.
Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü
tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik
etməyə can atmayın.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun.
Axşam saatlarında istirahət edin.
Dolça - emosional olmayın, hisslərinizin əsiri
olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın.
Bitkin qərarlar qəbul edin.
Hadisələrin axarına sərt müdaxilə etməyin.
Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan
çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can
atın.
Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın
qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.
Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin
sayı bir müddət sonra artacaq.
Həyatınızda qayda və nizamı artırın.
Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və
həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə
çalışın.
Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması,
ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli
yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq,
nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi
yaranacaq.
Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək,
kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan
məsələlərdə aydınlıq yaranmayacaq.
Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab
vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv
məqamlar və nüanslar tapmaq imkanları yaranıb.
milli.az
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?