Qoroskop
Ən xeyirxah BÜRCLƏR
Asrtoloqların araşdırmaları nəticəsində məlum olub ki, 12 zodiak işarəsi arasında ən xeyirxah bürclər Əkizlər, Şir, Qız və Balıq bürcləridir.
Publika.az həmin statistikanı təqdim edir.
Əkizlər
Hər dəfə Əkizlərlə görüşəndə onlar sizi öz mehribanlığı ilə yorğan kimi örtəcək. Bu bürclər məcbur edir ki, hər kəs özünü maksimum rahat və təhlükəsiz hiss etsin. Onda hər bir insana səmimi bağlılıq var.
Digər tərəfdən, ciddi və fikirli Əkizlər sizin hər sözünüzə diqqətlə qulaq asır. Onlar həmişə öz yaxınlarlarının hər problemi ilə maraqlanır. Bu bürc heç vaxt insanlara qarşı marağını saxtalaşdırmır və hamının qayğısına səmimiyyətlə qalır. Əkizlər sizi məcbur edir ki, özünüzü dünyada ən mühüm adam kimi hiss edəsiniz!
Şir
Geniş ürəyə malik olan Şirlər sevgi doludur! Onlardakı güclü inam hissi ətrafındakılara nikbinlik ötürür. Onlar özünə də, sizə də inanır. Şirlər həm də çox səxavətlidir. Əgər sizin ən yaxşı dostunuz Şirdirsə, onda bəxtiniz gətirib!
Qız
Xeyirxahlıq - Qız bürcünün ikinci adıdır. Onlar belə hesab edir ki, hər kəs xeyirxah olmalıdır və başqa çıxış yolu yoxdur. Bu bürclər öz dostlarını təhlil etmək üçün çox çalışır. Qızlar ilk növbədə yaxşı analitikdir. Odur ki, öz dostları üçün hər şeyə hazırdır, təki onlar özünü xoşbəxt hiss etsin!
Balıqlar
Balıqlar ən xeyirxah zodiak işarəsi hesab edilirlər. Bu, həqiqətən belədir! Balıqların fikrincə, başqalarına kömək etmək daha əhəmiyyətlidir, nəinki şəxsi problemləri həll etmək.
Məhz onlar ən yaxşı emosional münasibətləri yaşayır. Balıqlar sizə fokuslanmaq, bütün problemlərinizi həll etmək üçün öz problemlərini təxirə salmağa həmişə hazırdır. Bu bürclər bu diqqətə layiq olduğunuzu sizə hiss etdirmək üçün ən sakit və rahat dildən istifadə edir.
Aytən
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ