Qoroskop
Astroloji proqnoz - 9 oktyabr
Qoç - səhər saatlarında əhvalınız sürətlə
dəyişə bilər. Məqsəd və niyyətinizdə ardıcıl, məntiqli
davranmasanız, çətinliklərin sayı artacaq.
İşlərinizdə sayıq olun. Kənar təsirlərlə təzyiqlərə imkan
verməyin.
Günün ikinci yarısında qüvvənizi real qiymətləndirin.
Potensialınıza ifrat nikbin nəzər salmayın.
Kompleks və fobiyalarınızın sayını artırmayın. Əksinə, onların
əksəriyyətindən qurtulmaq olar.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş
emosiyalar bəxş edəcək.
Buğa - günün ilk yarısı əsəblərin tarıma
çəkilməsini vəd edir. İntensiv fiziki və ya intellektual fəaliyyət
istisna deyil. Saatlar keçdikcə gərginlik daha da artacaq.
İşdə rəhbərliklə mübahisə etməyin. Rəqabət güclənəcək. Qarşıdurmaya
hazır olun.
Günün ikinci yarısında kollektivdəki şəxslərdən birindən özünüzlə
bağlı xoşagəlməz sözlər eşidə bilərsiniz. Səbrli və təmkinli olun.
Tənqidləri səbrlə dinləyin.
Axşam saatlarında dostlarnızla birlikdə istirahət edin.
Əkizlər - günün ilk yarısından rutin işlərin və
adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret
addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik
təşəbbüslərinizi dəstəkləməyəcək.
Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun.
İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli
olun.
Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın.
Xərçəng - çox şey vəd edən uzunmüddətli
investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox
uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı
sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi
yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə
bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər
o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz.
Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma
onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.
Şir - işdə çətinliklər yarana bilər. Texniki
nasazlıqlar, həmkarlarınızla anlaşılmazlıqlar istisna deyil.
İradənizlə mənəviyyatınızın sınağa çəkiləcəyi situasiyalarda
ətrafınızdakı insanların davranışlarına diqqətlə baxın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi artırın. Dəyər
verdiyiniz insanla əlaqələrinizi daha səmimi, rəvan edin.
Axşam saatlarında soyuqqanlı olun.
Qız - adi günlərdən fərqli olaraq qəfil
hadisələr, ilk baxışdan anlaşılmaz məsələlərlə zəngin gündür. Ən
kiçik məsələlər sizi təbdən çıxarmasın.
Ünvanınıza deyilən ehtiyatsız kəlmələr, fərqli düşüncə və mövqe
daşıyıcılarının dedikləri qıcıq yaratmasın.
İşdə rəhbərliyin tənqidləri sərtləşəcək, şayiələrin sayı
artacaq.
Günün ikinci yarısı yeni tanışlıq və əlaqələr üçün münasibdir.
Yaxınlarınız sizi dəstəkləməyə bilər.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - çətinliklər olmayan yerdə özünüzə
problemlər aramayın. Həddən artıq şübhəli insan təsiri
bağışlamayın. Sonradan sonuclarına təəssüflənəcəyiniz addımlar
atmayın.
Günün ikinci yarısı əmlak və ya maliyyə ilə bağlı əməliyyatlar üçün
əlverişli deyil. Alış-verişə yollansanız, çox pul xərcləməyin.
Tərəfdaş və ya şəriklərlə qarşılıqlı fəaliyyətdə işinizi
yüngülləşdirmək cəhdləri neqativ reaksiya doğura bilər.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - səhər saatlarında emosional narahatlıq
apogeyə çata bilər. Mümkün qədər fəal çalışmağa can atın. Daxili
enerjinizi zahirdəki əməllərə döndərin. Məqsədli olun, iradəli
insan təsiri bağışlayın.
Günün ikinci yarısında yerinizdə saymayın, qüvvənizi real və
praktik sahələrdə reallaşdırın. Yaxın vaxtlarda məntiqi şəkildə
başa vura biləcəyiniz layihənin gerçəkləşdirilməsinə üstünlük
verin.
Yaxın bildiyiniz insanların məsləhətlərinə qulaq asın.
Axşam saatlarını ailənizə sərf edin.
Oxatan - yaşamınızda dəyişikliklər üçün
əlverişli zaman deyil. Emosional "partlayış"dan qaçın. Mənfi
hisslər, qıcıq yaradacaq məqamlardan uzaq durun. Məsuliyyətli işi
görərkən diqqətli olun. Fikrinizin dağınıq olması ciddi fəsadlar
yarada bilər.
Günün ikinci yarısında başladığınız işləri başa vurun. Həddən
ziyadə önəm verdiyiniz işi sabaha ertələmək olar. Axşam saatları
üçün nəzərdə tutduğunuz görüşün baş tutmayacağı təqdirdə
fəaliyyətinizdə mütləq şəkildə yenilik edin.
Əyləncəni zəhmətdən üstün tutmayın.
Oğlaq - yaşadığınız durumu diqqətlə müşahidə
edin. Sayıq, çevik olun. Ən kiçik dəyişiklikləri nəzərdən
qaçırmayın. Yaxın ətrafınızdakı insanlar arasındakı münaqişələrə
dəstək verməyin. Mübahisə, qarşıdurma istisna deyil.
Günün ikinci yarısında münasibətləri araşdırmağa çalışmayın. Ani
çətinliklərə həddən artıq əhəmiyyət verməyin. Bəzi problemlər və
çətinliklər avtomatik olaraq həllini tapacaq. Bilavasitə
iştirakınızın tələb olunduğu məsələlərdə aktivlik edin.
Axşam saatlarında şəxsi münasibətlərdə ənənəvi davranış modelindən
kənara çıxmayın. Ekssentrik, ekstravaqant olmayın.
Dolça - ilk əvvəl təxirəsalınmaz məsələlərin
həlli ilə məşğul olun. Bu işlər xeyli vaxtınızı və qüvvənizi
alacaq. Daha maraqlı işlərə can atmayın. Rutinlikdən qaçmaq mümkün
deyil.
Günün ikinci yarısında yeni layihə, təklif, ideya istisna deyil.
Sizə qarşı neqativ əhval-ruhiyyədəki insanlarla ünsiyyətinizi
minimuma endirin.
Balıqlar - ruhdan düşməyin. Böyük miqyaslı layihəyə başlamaq niyyətiniz varsa, potensialınızı real və ciddi şəkildə dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edin.
Günün ikinci yarısında işdə rəhbərliklə normal münasibətləri
korlamayın. Maaş, karyera müstəvisində irəliləyişdə bağlı
məsələləri müzakirə etmək olar. Hisslərə qapılmayın.
Axşam saatlarında nüfuzunuza zərbə vura biləcək addımlar
atmayın.
milli.az
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO