Qoroskop
Astroloji proqnoz - 27 oktyabr
Qoç - Yerinə yetirmədiyiniz vədləri,
unutduğunuz öhdəlikləri bu gün sizə xatırladacaqlar. Günəş və
Marsın münasibətlərinin günə təsiri işinizin artmasına səbəb
olacaq.
Ruh düşkünlüyü, depressiyaya qapılmayın.
Narazılığın ən yaxşı "dərman"ı işdir.
İş nə qədər ağır və mürəkkəb olarsa, gün bir o qədər sürətlə
keçəcək.
Buğa - Cəsarətli olun. Bu gün ulduzlar sizi
himayə və müdafiə edir. Danışıqlar, müzakirələr, informasiya və
sənədlərlə iş, təhsil və səfər üçün əlverişli gündür.
Bacarıqlarınızın nümayişi yaxşı effekt verə bilər.
İşgüzar tərəfdaş, şəriklə dil tapmaq asan olacaq. Əməkdaşlıqla
bağlı yeni təkliflərin alınması istisna deyil.
Şəxsi həyatda stabilləşmə zamanıdır. Ümumi maraqlar arayın, yaxın
gələcəklə bağlı planları müzakirə edin.
Əkizlər - Günün əvvəlində pis xəbər ala
bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz
olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar
istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz
mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək
çətindir, amma məcbursunuz.
Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları
yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük
güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.
Xərçəng - Kömək gözləməyib özünüz işə
başlasanız, xeyli nailiyyət əldə edə bilərsiniz. Möhtəşəm
layihələrdən yapışmaq vacib deyil: hətta ən balaca işi də
diqqətəlayiq və baxımlı nəticəyə çatdıra bilərsiniz. Maliyyə
vəziyyətiniz yaxşıdır. Əlinizə pul gələcək, amma çox
durmayacaq.
Bir çox tənha Xərçənglərin bəxti sevgidə gətirəcək. Elə bir gündür
ki, istənilən görüş taleyüklü ola bilər. Kiməsə qarşı ani rəğbət
sürətlə ciddi hissə çevrilir.
Şir - Ehtiyatlı olmalısınız. Bu gün
buraxdığınız səhvlər işdə ciddi problemlər yarada bilər. Bütöv bir
kollektivin görməli işi boynunuza götürməyin. Etibarlı və
zəhmətsevər köməkçilər tapa bilərsiniz, bunun üçün onları sadəcə
olaraq axtarmaq lazımdır. Düzdür, onlarla qələbəni də bölüşməli
olacaqsınız, amma narahat olmağa dəyməz, yenə də qazanan siz
olacaqsınız.
Sevdiyiniz şəxslə sizin ikinizi də uzun müddətdir narahat edən
məsələləri müzakirə edə bilərsiniz. Söhbətə başlamaqdan çəkinməyin,
eşidəcəkləriniz sizi sevindirəcək.
Qız - İşdə ciddi problemlər yarana bilər.
Mövqeləriniz elə də möhkəm deyil, istənilən bədxahınız çətinlik
çəkmədən sizə ciddi zərbə vura bilər. Ən sadə işlərdə də səhvlər
edirsiniz və bunları peşəkar gələcəyinizin birbaşa asılı olduğu
insanlar dərhal görürlər.
Şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş
hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun
olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Mənfi
tendensiyaların təsirindən qaçmaq olar, bunun üçün diqqətli və
ehtiyatlı olmaq, risklərdən imtina etmək və ağıllı birinə güvənmək
lazımdlır.
Tərəzi - Çox çətin gündür. Xeyli vaxtınız hədər gedəcək, qalaqlanan problemlərin öhdəsindən gəlmək ümidi ilə çoxlu əbəs səylər göstərəcəksiniz. Maddi vəziyyət o qədər də yaxşı deyil: bazarlıqlar uğursuz olacaq, maliyyə itkisi mümkündür. Səfərlər pis başlamayacaq. Amma onların nəticələri gözləntiləri doğrultmayacaq. Ətrafdakılarla yola getmək çətin olacaq. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Yeni tanışlarınız barədə layiq olduqlarından da yaxşı düşünürsünüz. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.
Əqrəb - Uğur şanslarınız çox yüksəkdir. Az iş
qalır - vacib qələbələri məhz hansı sahədə qazanmağı
müəyyənləşdirmək lazımdır. Düzgün seçimi bir neçə uğursuz cəhddən
sonra edəcəyiniz istisna deyil. Amma bu uğursuz cəhdlər sizi məyus
etməyəcək və ruhdan salmayacaq.
Bir qədər səbr və üzüyolalıq sevdiyiniz şəxslə münasibətlərinizə
son vaxtlar kölgə salan fikir ayrılıqlarını aradan qaldırmağa
kifayətdir. Sizi çoxdandır narahat edən çətin məsələnin həlli də
mümkün olacaq. Qoy cavab tam istədiyiniz kimi olmasın. Amma nöqtə
qoyulması ilə həyat daha da asanlaşacaq.
Oxatan - Bu gün kifayət qədər sakit keçəcək,
heç nə ilə təəccübləndirməyəcək, məyus etməyəcək və
sevindirməyəcək. Bürcün nümayəndələri əvvəlcədən qurulmuş plan üzrə
hərəkəti davam etdirəcəklər və bu, onlarda pis alınmayacaq. Lakin
yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə
edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha
maraqlı ola bilər.
Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür. Maliyyə və mülklə
bağlı məsələlərdə vahid rəyə gəlmək olduqca çətindir. Siz puldan
həmişəkindən daşa çox sadəlövhlüklə istifadə edirsiniz.
Yaxınlarınız sizi qınayacaq və inadla qənaətə çağıracaqlar.
Oğlaq - Çox mürəkkəb gündür. Hər biri xeyli
vaxtınızı və gücünüzü alacaq bir sıra mürəkkəb məsələnin həlliylə
məşğul olmaq lazım gələcək. Çox tezliklə yorulduğunuzu hiss
edəcəksiniz, amma sizə dincəlməyə imkan verməyəcəklər. Köhnə
dostlarınızla elə münaqişə yaşaya bilərsiniz ki, sonra aranı
düzəltmək çox çətin olar.
Sevgilinizlə ünsiyyət də sevindirmir: aydın olur ki, aranızdakı
fikir ayrılıqları çox dərinmiş, bundan sonra birlikdə olmağınız
sizin üçün qaranlıqdır. Özünüzdən çıxmayın, tezliklə şərait
yaxşılaşacaq və siz hadisələrə artıq başqa gözlə baxacaqsınız.
Dolça - İrihəcmli və mürəkkəb işləri bir kənara
qoyun: onların vaxtı hələ çatmayıb. Diqqətinizi xırdalıqlara
yönəldin. Kağızları, vacib sənədləri qaydaya salın: bu gün lazımi
imzaları, yaxud viza almaq olar. Maliyyə vəziyyətiniz yaxşıdır.
Emosional fon sabit deyil. Günün birinci yarısı əhvalınız yaxşı
olacaq. Axşama doğru isə pisləşəcək. Yaşlı qohumlarınızla
münaqişələr mümkündür. Pul, yaxud qiymətli əmlak üstündə
mübahisəniz düşə bilər. Günün sonunda başınız ağrıya bilər.
Balıqlar - Bütövlükdə pis gün deyil və onu çox
gözəl keçirmək olar. Qarşınıza çətin əldə olunan məqsədlər
qoymayın. İndi yaxşı olar ki, aza qane olasınız, lazımi istiqamətdə
isə addım-addım irəliləyəsiniz. Bu gün sizə kömək etməyə başlayan
isnanlar hələ uzun müddət tərəfdaşınız olacaqlar.
Cazibəniz çox güclüdür. Hiss edirsiniz ki, ətrafınızdakılarda
unudulmaz təəssüratlar yaradırsınız. İmkandan istifadə edib maraqlı
tanışlıq qura bilərsiniz: onun davamı çox romantik ola bilər.
milli.az
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL