Qoroskop
Astroloji proqnoz - 3 noyabr
Qoç - Hər sözə inanmayın, hər kəsi öz
ürəyinizlə ölçməyin. Sizə verilən məlumatları yoxlamaqda tənbəllik
etməyin. Bu sizə səhvlərdən qaçmağa kömək edəcək.
İşə fikir verməyiniz vacibdir. Bəzi sizi sevməyən insanlar bundan
sizə qarşı istifadə edə bilərlər. Evdə ailənizlə probleminiz yarana
bilər. Sevdiyiniz şəxslə də həmçinin. Uzunmüddətli planlar
qurmayın.
Buğa - Çox əlverişli bir gündür. İşdə xeyli
uğur qazana bilərsiniz. Karyera qurmaq üçün münasib vaxtdır.
Unutmayın: başqalarına nə qədər kömək etsəniz, öz uğurlarınızın
sayı bir o qədər çox olacaq. Bu gün Buğalar özlərini çox gözəl
lider kimi göstərəcəklər.
Çox vacib bir informasiyanı almaq şansınız var. Planlarınızı
dəyişəcəyiniz istisna deyil, ancaq bu sizin əhvalınıza xələl
gətirməyəcək.
Əkizlər - Yalnız öz baxışlarınıza etibar
edirsiniz və reallığı qəbul etmək istəmirsiniz. Bu da düzəldilməsi
çətin olan ciddi yanlışlıqlara səbəb ola bilər. Eqoizm və həddən
artıq qürurluluq sizə mənfi tərəfdən xidmət edəcək.
Hərtərəfli ehtiyatlı olmağınız tövsiyə olunur. Lazımsız xərclərdən,
spontan alış-verişlərdən qaçmaq lazımdır. Qumar oyunlarında iştirak
etməyin. Bu gün dostlarınız ilə görüş və köhnə əlaqələrin bərpası
üçün də uyğundur.
Xərçəng - Bu gün bir qədər uğursuzdur. Neqativ
tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların
diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu baş verəndə
sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli
düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər.
Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız
tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.
Şir - Öz hərəkətlərinizin və yaxın keçmişdə baş
vermiş hadisələrin qiymətləndirilməsində problemlər yarana bilər.
Siz faktlarla hesablaşmaq istəmirsiniz, öz fantaziyalarınız
üzərində orientasiya qurmağa üstünlük verirsiniz. İllüziyadan
çıxmaq üçün sizə kömək etməyə çalışan mübahisələriniz də ola
bilər.
Lakin əsas bu deyil, əsas odur ki, siz özünüzlə də razılaşa
bilmirsiniz. Uzun müddət harmonik və etibarlı olan münasibətlər bu
gün sınaqdan keçəcək.
Qız - Bu gün həyat tonusu artır. Enerjiniz o
qədər çoxdur ki, bu enerjini hara xərcləmək barədə düşünəcəksiniz.
Yaxınlarınız sizin köməyinizə ehtiyac duya bilərlər, lakin çətin
ki, bu barədə açıq müraciət etsinlər. Bunu özünüz müəyyən etməli
olacaqsınız. Lakin siz bir o qədər də diqqətli deyilsiniz. Buna
görə də incikliklər və narazılıqlar ola bilər.
Bu gün siz neqativ emosiyalara daha çox yoluxursunuz, tez-tez
əhəmiyyətsiz şeylərə görə narahat olursunuz, xırda şeyləri
ürəyinizə salırsınız. Vacib qərarları qızğın başla qəbul etməməyə
çalışın. Böyüklərin məsləhətlərinə qulaq asmaq tövsiyə olunur.
Tərəzi - Heç nədən qorxmayın. Bu günün
həyəcanı, sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu
göstərəcək. Əgər siz qarşınıza məqsəd qoysanız, hər bir çətinliyin
öhdəsindən gələcəksiz. Problemlərin həlli üçün yeni yollar
axtarmalısınız və gələcək üçün planlar qurmalısınız. Tənbəl
Tərəzilər ancaq aza qane olanlardır, amma gözəl vaxt
keçirəcəklər.
Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni
imic və formada görəcəksiniz.
Əqrəb - Gün elə də pis keçmir, amma bir problem
ola bilər ki, siz öz bacarıqlarınıza inanmırsız və onları
qiymətləndirmirsiz. Əqrəblər elə bir işdən yapışırlar ki, bu iş
onlara görə deyil, qədərini bilmədən sağa-sola pul xərcləyirlər və
özlərinə kiçik də olsa, düşmən qazanırlar. Əgər ciddi problemlərlə
üzləşmək istəmirsinizsə, bütün işlərə ciddi yanaşın.
Bu gün evdə və ofisdə səliqə salmağın vaxtıdır. Evdə məişət işləri
ilə məşğul olacaqsınız. Çalışın, qohumlarla mübahisə etməyin. Çünki
ciddi bir mübahisə olsa, sonra barışmaq çətin olacaq.
Oxatan - İşdə proqress baş verə bilər. Ancaq
heç bir güc sərf etmədən yüksəlməyi ağlınıza belə gətirməyin. Siz
ancaq işləməlisiz və yenə də işləməlisiz. Bundan əlavə, ola bilər
ki, siz başqasının da çətin bir işini boynunuza götürə bilərsiniz.
Deyinməyi və şikayət etməyi heç ağlınızdan belə keçirtməyin.
İnsanların sizə ola biləcək dəstəyinə ümid etməyin.
Nəyisə dəyişmək və ya yeni macəralar tapmaq üçün uğurlu bir gündür.
Əgər bu gün romantik münasibətlər olarsa, bu münasibətlərdə çoxlu
qeyri-adiliklər ola bilər.
Oğlaq - Bu günün Oğlaqlar üçün sürprizlər və
gözlənilməz hadisələrlə dolu bir gün olacağı gözlənilir. Çox güman
ki, bunlara görə siz öz planlarınızı dəyişəcəksiniz. Evdə texniki
məsələlərlə, evin təmiri və digər məişət ilə bağlı problemlər çıxa
bilər.
Ancaq gün çox dolu bir şəkildə keçəcək. Yəni bütün günü məşğul ola
bilərsiniz. Ola bilsin ki, bəzi tədbirlərə gedəsiz. Siz heç bir
əmək sərf etmədən insanları başa düşürsüz və onların simpatiyasını
qazanırsız. Maliyyə məsələlərində uğur gözlənilir. Özünüzə
zərgərlik əşyaları ala bilərsiz.
Dolça - Bu gün pozitiv fikirlər sizi cənginə
alacaq. Bu günün yeganə təhlükəsi - israfçılıq və maliyyə itkiləri
ola bilər. Bu da sizin ekstravaqantlığınızdan irəli gəlir. Öz
intuisiyanıza inanın. Çünki sizin intuisiyanız çox güclüdür.
Adətləri pozmaq lazım deyil, sadəcə aldığınız məsləhətləri düzgün
qiymətləndirin.
Yeni eksperimentlərə hazır olun. Öz professionallığınıza və
fikirlərinizə güvənin. Ola bilsin ki, mübahisə etdiyiniz şəxslə
aranız düzəlsin. Hər şey sizdən asılıdır.
Balıqlar - Qeyri-sabit və çətin gün olacaq. Günün
əsas hissəsini xoşagəlməz söhbətlərə sərf edəcəksiniz. Fikri sizin
üçün vacib olan insanlarla aranızda fikir ayrılığı olacaq.
Aranızdakı soyuqluq daha da arta və ciddiləşə bilər.
Günün ikinci yarısı gözlənilməz hadisələrlə və xoş sürprizlərlə bol
olacaq. Sizdə yeni yaxşı ideyalar yaranacaq və gələcəyə optimist
fikirlərlə baxacaqsız. Yeni xoş tanışlıqlar mümkündür və istisna
olunmur ki, çoxdandır görmədiyiniz, darıxdığınız insanları
görəsiniz.
milli.az
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR