Qoroskop
Astroloji proqnoz - 11 noyabr
Qoç - həyatınızda dəyişikliklər istəyirsiniz?
Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə
başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır,
nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız
yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan
maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür.
Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm
özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala
bilərsiniz, seçiminiz doğru olacaq.
Buğa - bu günün hadisələri sizi sevindirəcək.
Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq
barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər
çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət
gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi
hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə
heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.
Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey
düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət
etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə
bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu
əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün
yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın:
ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş
edəcək.
Xərçəng - mürəkkəb məsələlərin həlli, birmənalı
olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu
gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən
reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa
verməyin, müsbət tendensiyaların təsiri, hələ ki, güclüdür,
dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər
zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun.
Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox
asandır.
Şir - işgüzar baxımdan xoş gündür, işdəki
probemləri tez həll edirsiniz. Karyerada irəliləyiş mümkündür.
Vəzifəcə sizdən üstün olan həmkarlarınızla dil tapa, nüfuzlu
insanlar arasında ortaq qazana bilərsiniz. Uzaq gələcəkdə yaxşı
gəlir gətirə biləcək sövdələr bağlaya bilərsiniz.
Fiziki işlə məşğul olmaq, elektrik avadanlıqları və mürəkkəb
mexanizmlərlə iş görmək məsləhət deyil. Ev işi sizi çox yoracaq.
Axşamı sağlamlaşdırıcı prosedurlara həsr edin, yaxud gözəllik
salonuna baş çəkin.
Qız - ünsiyyət üçün əla gündür, istənilən
xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə
aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq
üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Qızlar
insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu
xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən
yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər
uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Tərəzi - zəifliklərinizə müqavimət göstərin.
Onlar çoxsaylı və müxtəlifdir, ancaq bunlara sinə gərmək üçün
kifayət qədər gücünüz var. Unutmayın, bugünkü bütün hərəkətləriniz
gec, ya da tez hər kəsə bəyan olacaq - odur ki, sonra utanacağınız
bir addım atmayın.
Sənədlərin hazırlanması, dövlət orqanlarının nümayəndələri ilə
təmaslar üçün münasib gündür. Vacib məlumatı vaxtında alacaq və
ondan lazımi qaydada istifadə edəcəksiniz. Unutmayın, şəxsi
işlərinizdə tələskənlik və həddən artıq qətiyyət göstərməyiniz hər
şeyi korlaya bilər, götür-qoy etməlisiniz.
Əqrəb - düşünülməmiş, qətiyyətli hərəkətlər
günüdür: bunların əsl motivi heç özünüzə də bəlli deyil. İş
bundadır ki, intuisiyanız hakimiyyəti ələ alıb, sağlam düşüncə isə
onun ardınca çatdırmır. Əməllərinizin nəticəsi gözlənilməz, ancaq
xoş olacaq.
Elmi ədəbiyyat oxumağınız, peşəkarlığınızı artırmaq,
dünyagörüşünüzü genişləndirmək məsləhətdir. İntellektual
potensialınız çox yüksəkdir, bundan yararlanmağa çalışın.
Gözlənilmədən şəxsi xarakterli vacib suallarınıza cavab ala
bilərsiniz.
Oxatan - mürəkkəb texnikanın alışı və onunla iş
üçün münasib gündür. Çətinlik çəkmədən mürəkkəb təlimatları, yeni
funksiyaları mənimsəyirsiniz. Səfərlər uğurlu keçir, bunlara çox
vaxt sərf etməli olsanız da, yorulmursunuz. İşgüzar xarakterli
səyahətiniz romantik məcraya yönələ bilər.
Monoton rutin işlər cansıxıcıdır. Bir az şəraiti dəyişib əylənməyə
çalışın. Gözlənilməz təklifi qəbul etməkdən, əvvəllər olmadığınız
yerlərə getməkdən çəkinməyin. Alış-veriş üçün uyğun gündür: unikal,
orijinal əşyalara diqqət yetirin.
Oğlaq - strateji məsələlərin həlli və
uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual
potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış
yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir,
bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur.
Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz.
Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür.
Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Dolça - ehtiyatlı olmasanız da, uğurlarınız
çoxdur. Ciddi problemlərdən yan keçəcəksiniz. Ancaq bir qədər
diqqətli olmağınız məsləhətlidir. Yerinə yetirə bilməyəcəyiniz
vədlər verə, yaxud əl-ayağınızı bağlayacaq müqavilə bağlaya
bilərsiniz.
Bir çox Dolçalar bu gün gələcək üçün işləyirlər. Özü də bu, həyatın
bütün sahələrinə aiddir. Odur ki, zəhmətinizin bəhrəsini tezliklə
dadacağınıza həvəslənməyin. Köhnə tanışlarla görüşlər, qırılmış
əlaqələrin bərpası üçün münasib gündür.
Balıqlar - xasiyyətinizin ən gözəl tərəflərini
nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm
qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala
bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı
qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı
münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman
məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda,
davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.
Milli.Az
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib