Qoroskop
Astroloji proqnoz - 12 noyabr
Qoç - O qədər də yaxşı gün deyil. Səhər
ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə
salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları
isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər
arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır.
Bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə
vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu
alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.
Buğa - Bu gün dünənkindən yaxşıdır, amma o
qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız
dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir,
nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır,
özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr
edirsiniz.
Axşam isə vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar
qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün,
həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə
onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti
başqalarının üstünə atırsınız.
Əkizlər - Gələcək planlarınızı bir daha gözdən
keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə
gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla:
onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki
dəqiqənin içində inandırırsınız.
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi
pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış
yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir,
faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara
əsaslanırsınız.
Xərçəng - Bu gün sizə böyük müvəffəqiyyətlər
vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə
bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı
reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb.
Nüfuzlu şəxslərlə ünsiyyət qurmaq olar.
Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal
dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə
irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi
kimsə çəkindirə bilməz.
Şir - İş üçün, xüsusilə də entuziazm və səy
tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır
həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik
edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz -
sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.
Ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları
mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə
müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək
istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma
xoşbəxtlikdən, bu, uzun sürməyəcək.
Qız - Sözlərinizdə diqqətli olun. Nə qədər
anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara
konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir
kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab
etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin,
sirlərinizi açmayın.
Doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini
tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən
insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.
Tərəzi - Müsbət tendensiyaların təsiri bu gün
çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama
doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli
görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi
hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o
qədər də güvənməyin, bu gün fikriniz "Bağdadda xurma dərir".
Hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir.
Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə
çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox
xoş hədiyyələr ala bilərsiniz.
Əqrəb - Cəsur və riskli ideyanız həddən artıq
uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı
reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır,
tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar.
Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı
düşünməyi də unutmursunuz. Yeni, daha yüksək və layiqli məqsədlər
təyin edirsiniz.
Özünüzü qalib hesab edirsiniz, bu isə qarşı cinsdə sizə qarşı olan
marağı gücləndirir. Sizinlə tanış olmaq, hətta bütün ömrünü
ömrünüzə calamaq istəyənlərin sayı getdikcə artır. Ancaq bu gün
sağlam düşüncəniz sizi darda qoymur, odur ki, özünüzü düşünülməmiş
hərəkətlərdən sığortalanmış hesab edə bilərsiniz.
Oxatan - Düzgün qərarlar qəbul edərək onları
həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız
üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq
bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin
hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir
səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər.
Şəxsi həyatınızda nəyisə dəyişmək şansınız olacaq. Yeni tanışlıq da
qura bilərsiniz. Sizdən tələb olunan - sosial aktivlikdir. İctimai
tədbirlərdən qaçmayın, o zaman sizin üçün vacib olan insanların
diqqətini qazana bilərsiniz.
Oğlaq - Hər şey əladır. Həvəslisiniz, çətin
problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab
tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma
şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.
Maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla
yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər
maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə
mükafat alacağınıza ümid edə bilərsiniz.
Dolça - Yaxşı olar ki, bu günü sakitlikdə
keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi
yükləməyin. Gününüzü planlaşdırarkən bu məqamları mütləq nəzərə
alın: əgər hər dəqiqə tələssəniz, tamamilə lazım olmayan məqamda
"partlaya" bilərsiniz. Dincəlmək və güc toplamaq üçün özünüzə vaxt
ayırın.
Qadınların dəstəyi bu gün çox yerinə düşər. Məhz onlar sizi əla
anlayır, sizə mənəvi dəstək verirlər. Teatra, konsertə, rəsm
sərgisinə gedə bilərsiniz. İdmanla məşğul olmaq məsləhət deyil
Balıqlar - Romantik görüşlər, dostlarla bir yerə
toplaşmaq, ziyafətlərdə iştirak üçün əsl məqamdır. Faydalı bir
məlumat ala bilərsiniz. Yeni bilikləri tez qavrayırsınız. Əşyalara,
hadisələrə qeyri-adi yanaşma tərzi tələb edən işlərdə irəliləyiş
əldə edə bilərsiniz.
Təəssüf ki, əzizlərinizlə fikir ayrılıqları yaşaya bilərsiniz.
Sizin hərəkətləriniz orijinal, bəzən hətta ekstravaqantdır və
onları hamı təqdir etmir. Tənqidlərə ironiya ilə cavab verməyin,
yoxsa münaqişədən qaçmaq çətin olacaq. Yumor hissini də bu gün
unutmayın, o sizi çox çətin vəziyyətlərdən çıxara bilər.
milli.az
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ