Qoroskop
Astroloji proqnoz - 19 noyabr
Qoç - işləmək və yaradıcılıq məsələlərin həlli
üçün pis gün deyil. Çətin məsələləri həll etməyə və rəqiblərinizi
geridə qoymağa nail olacaqsınız. Qoçlar bu gün xüsusilə
şöhrətpərəst olacaqlar və bu, onlara məqsədlərinə doğru
irəliləməkdə yardım edəcək. Ayrı-ayrı anlarda özünüzdən və
ətrafdakılardan narazı qala bilərsiniz. Lakin ümumilikdə
əhval-ruhiyyəniz yaxşı olacaq.
Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün münasibdir. Bu
vaxt ovqatınız yüksələcək, siz şən və gülərüz olacaqsınız. Yeni
tanışlıqlar da mümkündür. Kiminlə əlaqə qurub-qurmamağı sizə
intuisiyanız deyəcək.
Buğa - Maraqlı adamlarla ünsiyyətdən zövq alacaqsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür. Təəssüf ki, nikahda olan və ya sizə ciddi yanaşmaq istəməyən adamla əlaqə də istisna deyil. Böyük xərclər və uğursuz bazarlıqlar günüdür. Siz gözəl, amma işə yaramayan şeylərə meyl edirsiniz.
Əkizlər - Əkizlər onlar üçün əhəmiyyətsiz
görünən məsələlərin həllində səylərini əsirgəməsələr, peşə
sahəsində uğurlar qazana bilərlər. Bu gün hər bir xırdalıq
diqqətəlayiqdir. Rəhbər Əkizlər işçilərinin fəaliyyətini diqqətlə
izləməlidirlər. Onların səhvi ümumi işin nəticələrinə təsir edə
bilər.
Günün ikinci yarsında alacağınız xəbər, dost məsləhəti və ya
qohumlarla görüş maliyyə vəziyyətinizə müsbət təsir göstərəcək.
Yaxşı nəticə əldə etmək üçün ölçü hissini unutmayın: çoxlu
problemlərin həllinə girişmək, eyni vaxtda bir neçə işlə məşğul
olmaq tövsiyə olunmur.
Xərçəng - ətrafda baş verən hər şeyə çox kəskin
reaksiya verirsiniz. Bugünkü hərəkətlərinizi düşünülmüş,
qərarlarınızı isə ölçülüb-biçilmiş adlandırmaq çox çətindir. Siz
insanları tez-tez küsdürür, asanlıqla özünüzə düşmən qazanırsınız.
Bir çox Xərçənglər qalib kimi çıxacaqları az ehtimal olunan
mübarizəyə qoşulacaqlar.
Qohumlarla münasibətlər kəskinləşəcək. Xərçənglər ətrafdakılara
təzyiq göstərməyə çalışırlar, bəzən özlərini aqressiv aparırlar.
Günün ikinci yarısında gərginlik azalacaq və ovqatınızı düzələcək.
Bu vaxt bir çoxları probelmlərinin həlli yolunu tapacaqlar.
Şir - Bu gün Şirlər sona çatdıra
bilib-bilməyəcəklərini düşünmədən cəsarətlə yeni işlərə
girişəcəklər. Cəsur eksperimentlər, avantüralar və yeni
başlanğıclara meyl bürcün nümayəndələrini düşünülməmiş hərəkətlərə
təhrik edə bilər. Amma Şirlər səhvləri də o qədər şən və gülər üzlə
edəcəklər ki, onlara köməyə gəlmək istəyənlər tapılacaq.
Gün fiziki iş və idmanla məşğul olmaq üçün münasibdir. Maliyyə
mənzərəsi əlverişlidir. Alış-veriş etmək, qiymətli kağızlara pul
qoymaq olar. Ailəli Şirlər yaxınlarının rifahının qayğısına qala
bilərlər.
Qız - günün birinci yarısında ünsiyyət zamanı
ehtiyatlı olmalısınız. Siz hər şeyə tez inanırsınız və bu səbəbdən
başqalarının manipulyasiya və intriqalarının qurbanına çevrilə
bilərsiniz. Sizi aldatmaq, həqiqətlə heç bir əlaqəsi olmayan
şeylərə inandırmaq üçün xüsusi məkrə ehtiyac yoxdur.
Vacib qərarların qəbulundan çəkinmək tövsiyə olunur. Nəzərə alın
ki, bütün gün ərzində qadınlarla yola getmək çətin olacaq.
Xüsusilə, orta yaşlı və ağbirçək xanımlarla dil tapmaq çətin
olacaq.
Tərəzi - sakit düşüncələr və uzunmüddətli
planlaşdırmalar üçün münasib olan pis gün deyil. Dəqiqlik, səliqə
və çalışqanlıq tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaradıcı
məsələlərin həllində vəziyyət o qədər də yaxşı olmayacaq.
Bürcün bir çox nümayəndələri, nəhayət ki, fikirlərini çoxdandır
diqqət tələb edən ailə işlərində cəmləşdirə biləcəklər. Burada
təşkilatçılıq qabiliyyəti lazım gələcək. Uşaqların sizin şəxsi
iştirakınız və əhəmiyyətli xərclər olmadan həlli qeyri-mümkün
problemləri yarana bilər.
Əqrəb - müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. İşgüzar fəallıq yüksək olacaq, peşə uğurlarına ümid etmək olar. Vəzifə artımı istisna deyil, məhsuldar əməkdaşlığın başlanması mümkündür. Əgər təşəbbüskarlıq nümayiş etdirsəniz və nəyə qadir olduğunuzu göstərsəniz, ağıllı hərəkət etmiş olarsınız. Maraqlı təkliflər verin, liderlik keyfiyyətlərinizi və təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirin. Unutmayın: peşəkar gələcəyinizin asılı olduğu adam diqqətlə sizi izləyir.
Oxatan - bütün çətinliklərə baxmayaraq, bu gün
sakitliyinizi qoruyacaq və düz edəcəksiniz. Məhz soyuqqanlılıq və
düşünülmüş addımlar atmaq ortaya çıxan bütün sualların cavabını
tapmaqda sizə yardım edəcək. İşdə uğurlar, maraqlı iş təklifləri
mümkündür. Özünü yeni sahədə sınamaq istəyənlər bu gün risk edə
bilərlər: ulduzlar köməklik vəd edirlər.
Əks cinsin nümayəndələri ilə ünsiyyət üçün münasib gündür.
Oğlaq - günə ən çətin və xoşagəlməz işlərdən başlamağa hazır olan Oğlaqları tez və hərtərəfli uğur gözləyir. Vaxtınızı dünyanın ədalətli qurulub-qurulmaması ilə bağlı söhbətlər və düşüncələrə sərf etməyin. Bu gün hərəkət etmək lazımdır. İş danışıqları çox gərgin keçəcək. Amma istəyinizə nail ola biləcəksiniz.
Yaxınlarınızla ünsiyyətdə müsbət emosiya mənbəyini tapmağa nahaq cəhd edirsiniz. Bu gün sizi tərifləmək və dəstəkləməkdən daha çox tənqid edəcəklər. Yalnız sevdiyiniz adam istisnadır. Məhz ondan əməl etməyə dəyən məsləhətlər alacaqsınız.
Dolça - mənfi tendensiyaların təsiri güclü
olacaq. Həmkarlarınızla ciddi fikir ayrılıqları yarana bilər.
Rəhbərilk sizin hərəkətlərinizi kəskin tənqid edəcək. Bu və ya
digər hərəkətləri edərkən hansı motivlərə əsaslanacağınızı izah
etməli olacaqsınız. Bu, zövqünüzcə deyil. Amma təəssüf ki, başqa
yolunuz da yoxdur.
Bu günün müsbət tərəfləri yalnız hadisələrin əlverişsiz inkişafına
rəğmən, sizin uğura olan inamı itirməməyinizdir. Pulunuzu ağılla
xərcləyin.
Balıqlar - Bu gün iş danışıqları aparmaq, nüfuzlu
adamlarla, dövlət orqanlarının nümayəndələri ilə görüşmək tövsiyə
olunmur. Sənədlərin rəsmiləşdirilməsində problemlər yarana bilər.
Hüquqi və təşkilati məsələlərinin həlli üçün münasib gün deyil.
Yerinə yetirməyin çətin olduğu vədlər verməməyə, yaxşı
münasibətləri qorumaq istədiyiniz insanları aldatmamağa
çalışın.
milli.az
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır