Qoroskop
Astroloji proqnoz - 31 dekabr
Qoç - Sağlam düşüncəni yadına salan yoxdur. Yeni bir layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Ancaq bu zaman bilik və gücünüzü düzgün qiymətləndirməlisiniz. Uğura güvənməyin: qələbə üçün zəhmət çəkmək gərəkdir.
Buğa - İstədiyiniz hər şeyi dərhal əldə etmək hər zaman alınmır. Yalnız ən dözümlülər qazanacaqlar. Qohumlar arasında münasibətlər düzəlir, dostlar fikir ayrılıqları barədə unudur, sevgililər inciklikləri geridə qoyurlar. Qəfil təkliflər mümkündür.
Əkizlər - Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın, planlaşdırılmamış səfərlərdən imtina edin.
Xərçəng - Səliqə və ciddilik tələb edən xırda işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Şir - Gün sakit keçir. Tələsmədən, vurnuxmadan
problemləri bir-bir həll edir, başqalarına nümunə göstərirsiniz.
Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni tərəfdaşlar tapa
bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır. Maraqlı iş
təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz,
onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez
nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə
arxalanırsınız.
Qız - Bütün günü evdə keçirməyin, gəzintiyə çıxın, dostlarınızla görüşün, ziyafətlərə qatılın. Teatr, yaxud konsertə getmək məsləhətdir. Qəfil dəvət və təkliflər ala bilərsiniz. Yaxınlarınızın kömək barədə xahişlərini rədd etməyin, onların buna, doğrudan da, ehtiyacı var.
Tərəzi - İş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da vacib olan işlərə diqqət yönəltmək lazımdır. Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin.
Əqrəb - İdmanla, fiziki işlə məşğul olmaq üçün ideal gündür. Sağlamlığınızın möhkəmlədilməsinə, gözəl görünüşə yönəlmiş hər bir prosedur effektlidir. Gözəl geyim, qeyri-adi bəzəklər, kosmetika, parfümeriya almaq olar.
Oxatan - Mürəkkəb olmayan, diqqət və xüsusi bilik tələb etməyən işlərdən yapışın. Evdə səliqə-səhman yaradın, mebelin yerini dəyişin, interyeri təzələyin: bu cür məşğuliyyətlərə yaradıcı yanaşmağınız əla nəticələr verir. Günortanı sakit istirahətə, gəzintilərə, xoş söhbətlərə ayırın.
Oğlaq - Alış-verişə çıxa, yaxınlarınıza hədiyyə ala bilərsiniz. Sürpriz etmək bu gün sizdə yaxşı alınır. Köhnə dostlarınız gözlənilmədən sizi yadlarına salacaqlar. Ola bilər ki, onlar sizdə uzun müddət qonaq qalsınlar.
Dolça - Qətiyyətli, enerjilisiniz, sözü üzə
deyirsiniz - bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla
münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan
çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək.
Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün
ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi
sevindirəcək.
Balıqlar - Parlaq, yaddaqalan gündür. Nikbin,
mərhəmətli, cazibədar və həyatsevərsiniz. Təəccüblü deyil ki,
çoxları vaxtlarını sizinlə keçirmək istəyirlər. Xeyli maraqlı
təklif alırsınız. Yaradıcı potensialınız yüksəkdir, cari
problemlərin orijinal həll yollarını tapırsınız.
Bir çox Balıqlar bu gün aşiq olur, başlarını itirirlər. Sizi xeyli
romantik macəra gözləyir. Sevgilisi olanlar isə bu gün öz yarlarını
sevindirmək üçün imkan tapacaqlar.
milli.az
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər