BUĞALAR, iş yerində problem yaşayacaqsınız - BÜRCLƏR
Bizi izləyin

Qoroskop

BUĞALAR, iş yerində problem yaşayacaqsınız - BÜRCLƏR

BUĞA - İş yerində, həmkar və rəhbərlərinizlə mübahisələriniz ola bilər. Bunun qarşısını almaq üçün ən xırda konfliktlərə belə getməməlisiniz. Səhhətinizin qayğısına qalın, iştahlı olun.

QOÇ - Astroloji göstəricilər yeni əlaqələrə başlamaq üçün canfəşanlıq göstərməyinizi məsləhət görür. Nahardan sonra isə şəxsi büdcənizdə irəliləyişlər gözlənilir. Uzaq yola çıxmayın.

BUĞA - İş yerində, həmkar və rəhbərlərinizlə mübahisələriniz ola bilər. Bunun qarşısını almaq üçün ən xırda konfliktlərə belə getməməlisiniz. Səhhətinizin qayğısına qalın, iştahlı olun.

ƏKİZLƏR - Həlledici məqamlarda təcrübəli adamlarla məsləhətləşməməyiniz yalnız zərərinizədir. Xarakterinizdə olan bu xüsusiyyəti aradan götürün. İndi lovğalıq və özündənrazılıq predmetləri keçmir.

XƏRÇƏNG - Daxili gərginliyiniz nəzərdə tutduğunuz başlıca planların icrasını ləngidir. Çalışın ki, bəd fikirlərdən uzaqlaşıb təbiət qoynundan enerji alasınız. Ziyarətgaha da getmək olar.

ŞİR – Maliyyə imkanlarının aşağı səviyyədə olmasına baxmayaraq iştirakçısı olduğunuz proseslər ovqatınızı yüksəldəcək. Ələlxüsus da sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq.

QIZ - Peşə fəaliyyətinizdə əsaslı dönüş etmək istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Hər bir şansdan, hər bir fürsətdən istifadə edin. Öz qərarlarınızda qətiyyətli olun.

TƏRƏZİ - Səhər saat 07:00-dan Ay bürcünüzdə olsa da, uğurlu bir gün yaşayacaqsınız. Hər addımda xoş ovqat qazanmaq üçün qarşılıqlı münasibətlərdə mülayim davranın. Pul məsələlərində ehtiyatlı olun.

ƏQRƏB - Son günlər çox əsəbi olmusunuz. Səhhətinizin passivliyi də məhz bu səbəbdən irəli gəlir. Lakin özünüzü qorumaqla bir neçə uğura yiyələnə bilərsiniz: məsələn, yeni işlə bağlı.

OXATAN - Yalnız ailə-sevgi münasibətlərində uğurlu anlarla rastlaşa bilərsiniz. Qalan məsələlərdə, ələlxüsus da işgüzar sövdələşmələrdə isə vəziyyət o qədər də səmərəli olmayacaq.

OĞLAQ - İş üslubunda köklü dəyişikliklər etmək fikriniz olsa da, tərəddüdləriniz sizə mane olur. Amma ulduzlar əsl məqamın məhz indi yetişdiyini bildirir. Yersiz riskdən uzaq olun.

SUTÖKƏN - Yaxşı olar ki, ixtiyarınızda olan bu günü bütünlüklə əyləncə və istirahətə həsr edəsiniz. Sevgi amilini daha çox qabardın. Axşam gözləmədiyiniz istiqamətdən sürprizlərlə rastlaşa bilərsiniz.

BALIQLAR - Bəxtinizdə sürprizlə dolu bir təqvim durur. Odur ki, bədbin fikirləri başınızdan çıxarın. Qara pişikdən, tək səbirdən qorxmayın. Özünüzü kamil insan kimi aparın ki, uğurlarınız artsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm