Qoroskop
Astroloji proqnoz - 17 iyun
Qoç - Neptun və Saturnun münasibətləri bir çox
problemləri həll etməyə imkan verən gün vəd edir. Enerjili,
qətiyyətli, inadkar olun.
Çətinliklər sizi qorxutmasın. Qəfil, gözlənilməz və maraqlı təklif
ala bilərsiniz, bu təklifə çox düşünmədən, vaxt itirmədən
razılaşın.
Uzaqdakı tanışlarla ünsiyyət üçün əlverişli gündür.
Səfər və gəzintilər məsələhətdir. Yolda maraqlı tanışlıq baş tuta
bilər.
Tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Nüanslara,
xırdalıqlara diqqət yetirin.
Buğa - Yupiter və Sererarın münasibətləri uğurlu,
xoş gün vəd edir. Faydalı işlərlə məşğul olun. Hansı işi ilk
növbədə görərək başa çatdırmağı sizə intuisiyanız xəbər
verəcək.
Enerjili, inadkar, qətiyyətli olun. Çətin sandığınız problemi
minimum səylə asanlıqla həll edə bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri rəvan və harmonik
edin. Sizin dediklərinizə qulaq asır, mövqeyinizi nəzərə alırlar.
Həyatınızda mühüm rol oynaya biləcək insanla görüş istisna
deyil.
Axşam saatlarını istirahətə həsr edin.
Əkizlər - Lisiteya və Kallistonun münasibətləri
ehtiyatlı davranmağınızı tələb edir. Özünüzə problemlər
yaratmayın.
Emosiyaları nəzarətdə saxlayın, səsinizi ucaltmayın, aqressiv
olmayın. Dostlardan biri ilə münaqişə, sevdiyiniz insanla mübahisə
istisna deyil. Həddən artıq tələbkar olmayın.
Məişət problemlərinin həlli çətinləşir. Adi günlərdən fərqli
olaraq, ən adi ev işləri belə, daha çox vaxt alır.
Yardım almadığınız üçün sinirlənməyin.
Bu gün qida rasionuna diqqət yetirin.
Xərçəng - Titaniya və Pasifenin münasibətləri
əlverişli gün vəd edir. Diqqət və konsentrasiya tələb edən işlərdə
uğur əldə edə bilərsiniz. Yeknəsəqlik sizi darıxdırmasın.
Trivial məsələlərin həllində gözlənilməz çözüm tapın.
Sizə çox önəmli olan insandan xəbər ala bilərsiniz.
Qəfil məlumat hadisələrin axarını dəyişəcək.
Yeni tərəfdaş, şərik, müttəfiq cəlb etmək və yeni planınıza
inandırmaq istədiyiniz insanla ünsiyyət üçün münasib vaxtdır.
Axşam saatlarında romantika istisna deyil.
Şir - Titaniya və Qanimedin münasibətləri müəyyən
problemli gün vəd edir. İntuisiyanız güclüdür. Məhz onun sayəsində
ən çətin suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə
ünsiyyətdə çətinliklər yarana bilər.
Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edə
bilərsiniz.
Axşam saatlarında dincəlin, evdən çıxın, əyləncə məkanlarından
birinə yollanın.
Qız - Ariel və Mirandanın münasibətləri məhsuldar
gün vəd edir. Bir sıra təxirəsalınmaz işləri görə bilərsiniz.
Bütün diqqəti işə yönəltmək çətin deyil. işləri başa vurmağa
kimsənin sizə mane olmasına imkan verməyin.
Alış-veriş etmək, mühüm sənədləri imzalamaq, maliyyə və əmlak
məsələlərini həll etmək olar.
Maraqlı və faydalı məlumat alsanız, həmin informasiya ilə nə
edəcəyinizi dəqiqləşdirin.
Tədris və ya təhsildə yeni materialın əxz olunması ilə bağlı
problemlər yarana bilər. Dostlarla ünsiyyət, köhnə tanışlarla
təmaslar üçün əlverişli gündür.
Şəxsi münasibətlərdə romantika xoş duyğular yaradacaq.
Axşam saatlarında pozitiv emosiyalar almağa çalışın.
Tərəzi - Avropa və İonun münasibətləri çətin gün
vəd edir. Hər şey istədiyiniz kimi deyil. Planları korrektə etmək,
niyyətlərin reallaşmasında ləngimələrlə barışmaq məcburiyyəti
yaranır.
Şərtlər sizi mənəvi baxımdan hazır olmadığınız addımlar atmağa
vadar etməsin. Sonradan peşman olacağınız sözlər deməyin.
Planlaşdırılmamış xərclər mümkündür.
İsrafçılığa yol verməyin, qənaətcil olun.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri normal saxlayın,
münaqişə yaratmayın. Sadəcə, mövqeyinizi açıqlamaq və fikrinizi
deməyə çalışırsınız, amma sizdən bərk inciyirlər.
Əqrəb - Makemake və Uranın münasibətləri uğurlu,
düşərli gün vəd edir. Uğur əldə etməyinizə mane ola biləcək yeganə
ünsür tənbəlliyinizdir.
Gələcəklə bağlı planlar qurun, ətalətdən qurtulun. Təşkilati
məsələləri həll edin. Ünsiyyətdə olacağınız insanlardan biri
sayəsində yeni işgüzar perspektivlərə qovuşa bilərsiniz.
Yaxın keçmişdəki problemlərdən bəziləri qayıdacaqlar. Yol
verdiyiniz səhvləri tələsmədən, sakitcə təhlil edin. Həmin
yanlışlıqları təkrarlamamağa çalışın.
Günün ikinci yarısı sizin üçün önəmli insanlardan xoş xəbər vəd
edir.
Oxatan - Merkuri və Veneranın münasibətləri
problemlərin tam əksəriyyətinin kökündən həll edilə biləcəyi gün
vəd edir. Diqqətli və ciddi olun.
Hərəkətləriniz düşünülmüş, açıqlama və sözləriniz isə təmkinli
olsun. Əvvəllər yarımçıq qalmış işi başa vurun. Yaxın ətrafınızdakı
insanların öhdəsindən gələ bilmədiyi problemi həll edə
bilərsiniz.
Yeni tanışlara etibar etməyə tələsməyin. Onlardan biri qəsdən və ya
təsadüfən ciddi problem yarada bilər.
Təşəbbüskar olun, müzakirəyə yeni ideyalar çıxarın.
Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş üçün münasibdir.
Səfər və ya gəzinti istisna deyil.
İmiclə eksperimentlər aparmaq olar.
Oğlaq - Hiperion və Arielin münasibətləri yaxşı
gün vəd edir. Problemlərin öhdəsindən rahatlıq və asanlıqla
gələcək, məşğul olduğunuz işdən həzz alacaqsınız.
İstənilən müşklün həllinə yaradıcı yanaşın. Uğur əldə olunması üçün
fəaliyyət azadlığı gərəkdir. Bunu anlayırsınızsa, kimsəyə sizə
təzyiq və ya təsir göstərməyə imkan verməyin.
Genişmiqyaslı layihənin reallaşdırılmasına, böyük işə başlamaq
olar. Amma bir şərtlə: əmin olun ki, həmfikirləriniz sizi yalnız
sözdə dəstəkləməyəcək, tapşırıq və xahişlərinizi yerinə
yetirəcəklər.
Dərman qəbul edərkən ehtiyatlı olun. Zəhərlənmə riski yarana
bilər.
Dolça - Fobos və Amalteyanın münasibətləri uğurlu
gün vəd edir. Bir çox işləri xüsusi səy göstərmədən yerinə
yetirəcək, yaxşı nəticələrə nail olacaqsınız.
Planlardan birinin aktiv şəkildə həyata keçirilməsi üçün uyğun
gündür.
Nə zamansa kəsilmiş münasibətləri bərpa etmək şansı yaranıb.
Əvvəllər yola getmədiyiniz insanla əlaqələr normallaşır.
Maliyyə və əmlak məsələləri ilə bağlı anlaşılmazlıqlarla fikir
ayrılıqları aradan qalxır, kompromiss həll tapılır. Ev üçün
qeyri-adi, ekzotik əşya almaq olar.
Günün ikinci yarısında pul alacaqsınız. Gəlir sizi razı salmasa da,
bu da pis deyil.
Balıqlar - Ay və Deymosun münasibətləri işgüzar
baxımdan o qədər də rahat gün vəd etmir. Tənbəl və ətalətli
olmayın, işlərlə məşğul olmamaq istəyindən qurtulun.
Xırda səhvlər və yarımçıq işlərə yol verməyin. Məhz belə səhvlərlə
yanlışlıqlar ciddi işin başa çatdırılmasına mane ola bilər.
Yanınızda işinizi yoxlayan, səhvləri aradan qaldırmağa kömək edən
insan varsa, əladır.
Qeyri-rəsmi ünsiyyət, dostlarla görüş, romantik münasibətlər, dəvət
alınan tədbirlərə qatılmaq üçün yaxşı gündür.
Diqqət mərkəzində olacaqsınız və bu, xoşunuza gələcək.
Axşam saatlarında etiraf eşidəcəksiniz.
Milli.az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO