Qoroskop
Astroloji proqnoz - 6 iyul
Qoç - İntuisiyanızın səsinə qulaq asın.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə
etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün
əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül məsələni üzbəüz
söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir,
yaşam arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.
Buğa - Günün ilk yarısında yaranan kiçik
çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları
unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar
gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş
verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli
rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna
deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya
məclisə dəvət ala bilərsiniz.
Əkizlər - Dəyişən şərtlərə və fərqli nüanslar
kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var.
Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın.
Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat
davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi
ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.
Xərçəng - Adi günlərdən fərqli olaraq bu gün
yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara
qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və
potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə
tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan
yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni
səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə
salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza
ehtiyacı var. Ona arxa olun, dəstək verin.
Şir - Risk etmək olar. Avantüralara qapılmadan
bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk
baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən
çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi
üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız
insanlara inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə
bilər.
Şayiələri həqiqət saymayın.
Qız - Gün narahatlıq, əndişə və həyəcan vəd
edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət
sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart
fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək.
Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil
işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini
həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq
imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən
qurtulmaq istəmirsiniz?!
Tərəzi - İdeya və təkliflərin heç də hamısını
geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki
ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri
normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan
verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın.
Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli
irəliləyişə nail olacaqsınız.
Axşam saatlarında əylənin.
Əqrəb - Günün ilk yarısı ən mürəkkəb
problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək
üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni
layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında
başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək
şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.
Oxatan - Ciddi münasibət və diqqət tələb edən
işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi
unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna
deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər
yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı
olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Oğlaq - İnsan psixologiyasının nüanslarını
anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin.
Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər
gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə
diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin.
Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.
Dolça - Günün emosional fonu əlverişli deyil.
Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq
çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə
həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı
iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə
çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq
olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun.
Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Yeni layihələrə başlamaq üçün
əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin.
Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək
uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan
verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin
həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq,
ekspromt, improvizələrə ehtiyac var.
Milli.az
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi