Qoroskop
Astroloji proqnoz - 8 iyul
Qoç - Günün ilk yarısında qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün əlinizdən gələni edin. Fəqət özünüzə həddən
artıq güvənməyin. Təşəxxüs sizi illüziyalara aldanaraq reallıqdan
uzaqlaşdıra bilər.
Günün ikinci yarısında vəd və öhdəlikləri unutmayın. Müstəqil
fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda
həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın.
Axşam saatlarında evdən kənarda dincəlmək olar.
Buğa - Günün ilk yarısı uğurlu olacaq. Son
vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan
xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın
vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata
keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən
yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar
edəcək.
Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində
qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.
Əkizlər - Maliyyə problemlərinin həllində
süstlük etməyin. Önəmli işlərin çözülməsində başqalarından yardım
gözləməyin. Şərik və ya tərəfdaş kömək etmək istəyirsə, təklifi
dəyərləndirin.
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda
bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq,
öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli
olun.
Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.
Xərçəng - Müsbət təmayüllərin təsiri artır. Gün
uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez
dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə
anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki
problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli
deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar
almayın.
Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız
yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.
Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Mübhəm
nüansları aşkarlamayın. Faş olunmuş həqiqətlərin bəziləri
zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun.
Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox
danışmayın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri
dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını həmfikir və ya
dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni
istiqamətlərini nəzərdən keçirin.
Kəskin mübahisələrə başlamayın.
Qız - Gün uğurlu olacaq. Səylə və iradə ilə
çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin
bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt
alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.
Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə
suçlayacaqlar.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan,
qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam
saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat
yormayın.
Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə
təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə
yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda
səhvlərə yol verməyin.
Günün ikinci yarısında rəqabət artacaq. Biznes sxemi yenilənmə
tələb edir. Yeni təmaslar qurduğunuz insanla işbirliyini
intensivləşdirin. Sınaqlara sinə gərin.
Emosiyalara uymayın.
Əqrəb - Günün ilk yarısında karyera və
yaradıcılıq müstəvilərində yeni perspektivlər açılacaq. Əvvəlki
problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı
imkanlar var.
Günün ikinci yarısında təhsil, təcrübə və informasiyanızı artırın.
Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə,
qarşı tərəfin maraqlarını qulaqardına vurmayın. Yeni təklifləri
dəyərləndirmədən razılaşmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problem yarana bilər.
Oxatan - Vəzifə səlahiyyətlərinin icrası zamanı
diqqətli olun. Fəaliyyətinizə və kommersiya maraqlarınıza zidd ola
biləcək addımlar atmayın. Karyera müstəvisində sürətlə irəliləməyin
yollarını arayın. Gəlir mənbələrinin sayını çoxaldın.
Günün ikinci yarısında cəsarətli, eyni zamanda iradəli olun. Fəqət
düşünülməmiş riskə varmayın, məntiqsiz addımlar atmayın. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə əvvəlcədən bəlirlənmiş
hədləri keçməyin. Onların fikir və mövqelərini nəzərə alın.
Hissiyyatsız eqoist insan təsiri bağışlamayın.
Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.
Oğlaq - Təmkinli və səbirli olun. Gündəlik
hadisələrin axarında qəfil olaylar, gözlənilməz məqamlar olacaq.
Yanlışlıqlar sizi işdən soyutmasın. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün var qüvvənizlə çalışın.
Günün ikinci yarısında işdə rəhbərlik fəaliyyətinizi daha sərt
şəkildə izləyəcək. Ciddi səhvlərə yol verməmək üçün sayıq işləyin.
Yeni tərəfdaşlıq, şəriklik və əməkdaşlıq imkanları yaranacaq.
Risklərə qapılmayın. Avantüralardan uzaq durun.
Axşam saatlarında stressdən qurtulun.
Dolça - Cari işlərdən usanaraq macəralar
aramayın. Riskli işlərə başlamayın. Təcrübəli insanın
məsləhətlərinə ehtiyacınız var. Tapşırıq və sifarişləri vaxtında
yerinə yetirin. Ləngimələrlə təxirəsalmalar fəaliyyətinizdə ağır
fəsadlar yarada bilər.
Günün ikinci yarısında təcrübəli şərikiniz mürəkkəb situasiyada
sizə dəstək olacaq. Maliyyə məsələsində ehtiyatlı davranın. Pul
müşkülləri şəxsi münasibətlərə mənfi təsir edəcək.
Balıqlar - Günün ilk yarısı aktiv fəaliyyət
üçün əlverişlidir. İşlərinizdə yeni perspektivlər görəcəksiniz.
Layihə çərçivəsində fərqli istiqamətləri sezə bilin.
Günün ikinci yarısında yeni tanışlıqlar, şanslar və imkanlar
istisna deyil. Qeyri-adi ideyanı dərhal rədd etməyin. Ailə
üzvlərinin planlarından hali olun.
İşgüzar niyyətlərinizi yeniləyin (Milli.Az).
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...