Qoroskop
Astroloji proqnoz - 9 iyul
Qoç - Bir çox problemlərin həllinə başlaya
bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə
imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini
qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması
üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət
üçün əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.
Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri
yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru
qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi
şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini
qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız
imkanlarınızdan, "yatmış" potensialınızdan istifadə edin. Əzmkar
olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz.
Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.
Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin
başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər
təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz
nəticələr sizi çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın.
Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın.
Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət
ən önəmli nüanslardır.
Xərçəng - Hadisələrin intensiv, perspektivlərin
yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün
nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə
hazırlaşın.
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir
verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq.
Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə
baxımından vəziyyət pis deyil.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir
ayrılıqlarını təmkinlə aradan qaldırın.
Şir - Ümumən pozitiv zamandır. İşdə və
münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi
nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli
günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul
ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına
qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən
istifadə edin.
Qız - Maliyyə, karyera və işlə bağlı
məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz
situasiyanın yeni təfərrüatları üzə çıxacaq. Risklərdən
çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq
insanın hiylə və məkrini işə salaraq sizi üstələməsinə qətiyyən yol
verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan
problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları
hələlik unudun, yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Tərəzi - Zamanla ayaqlaşın. Situasiyanın
dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın,
tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa,
xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya
əskik deyilsiniz.
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi
sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının
genişləndirilməsini tələb edir.
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Əqrəb - Yeni, təcili işlərdən, fövqalədə
tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə
problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün
çətinliklər müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər
məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin.
İşləməklə yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə
ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.
Oxatan - Kənar təsirlər altına düşməyin. Aktual
məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki,
rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika
seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı
müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və
bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz.
Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Günün ilk yarısı müsbət emosiyalar və
hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək
üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri
nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla
metodların çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və
avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd
edir.
Dolça - Peşəkar fəaliyyət sahənizdə inkişaf,
irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin.
Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli
məqamlarda obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi,
qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız
insanla yeni layihəyə başlamaq olar.
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün
duruma uyğun vasitələr seçin.
Balıqlar - Risk və avantüralar üçün yaxşı
gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan
keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz
barədə açıq danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə
taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də
effektiv olacaq.
Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk
etməyin (Milli.Az).
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO