Qoroskop
Astroloji proqnoz - 10 iyul
Qoç - Günün ilk yarısından formalaşan situasiya
və hadisələrin axarı sizdən ayıq olmağı, maksimal konsentrasiyanı
tələb edir. Tənbəllik etməyin. Aktual məsələlərin həllində maksimum
qüvvə və inadla çalışın. Yalnız belə olarsa, uğur
qazanacaqsınız.
Günün kiinci yarısında anlaşma və ya sövdələşmənin qanun
çərçivələrindən kənara çıxmamasına can atın. Maliyyə
resurslarınızla risk etməyin. Məğlubiyyət, geriləmə ehtimalları
var.
Axşam saatlarını yaxınlarınızla təmaslara ayırın.
Buğa - Bu və digər situasiyada fərqli davranış
modelini seçə bilərsiniz. Ətrafınızdakı insanlardan biri sizi
dəstəkləyəcək. Yaxın səfər, uzağa səyahət təklif olunursa -
razılaşın. Yaydır, bir qədər istirahətə ehtiyac duyulur.
Günün ikinci yarısında səslənən təkliflərdən biri gərəkli, hətta
maraqlıdır. Sevdiyiniz insanla münasibətlərdə uzaqgörən olun.
Sözlərinizə, hərəkətlərinizə qarşı tərəfin reaksiyasını əvvəlcədən
təxminləməyə can atın.
Axşam saatlarında sosiopatlıq etməyin.
Əkizlər - Prioritetlər arasında zəruri
ehtiyacları və əsas məsələləri ön plana çıxarın. Yaşam arealı,
gəlirlər, qidalanma, səhhət - bütün bunlar diqqət tələb edən
nüanslardır. Pulunuzu məhz həmin sferalara sərf edin.
Günün ikinci yarısında istirahət və əyləncəni unudun. Tanışlar,
dostlar və ya sabiq həmkarlardan biri vasitəsilə əlavə gəlir
mənbəyi tapmaq olar. Sayıq və aktiv olun.
Yaxınlarınızla ünsiyyətdə saxtakarlıq etməyin. Müvazinətdən
çıxmayın, dava axtarmayın.
Xərçəng - Maddi baxımdan özünüzü rahat hiss
etməyəcəksiniz. Pulunuzun qədrini bilin. Ətrafınızdakı insanların
istəklərindən hali olun. Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli
irəliləyişə nail olmaq şansları yaranıb.
Günün ikinci yarısında yaşam arealını nizama salın. Alış-verişdə
impulsiv olmayın. Hər gördüyünüz, istədiyiniz əşyanı almağa
dəyməz.
Sizi narahat edən məsələlərlə bağlı axşam saatlarında ailə üzvləri,
dəyərləndirdiyiniz insanlarla danışmaq olar.
Şir - Rutin işlər sizi bezdirə bilər.
Mümkündür. Amma cari işləri yarımçıq qoyaraq yeni layihəyə start
vermək ən azı məntiqsizlikdir. İstək, illüziya və xəyallarınızın
əsirinə çevrilərək reallıqdan kənarlaşmayın.
Günün ikinci yarısında uzunmüddətli planlaşdırma ilə məşğul olmaq
zamanıdır. Maliyyə ehtiyatlarınızı dəqiq qiymətləndirin.
Avantüristlik etməyin. Bununla yanaşı, yalnız puluna və ya
əlaqələrinə güvənən insanın qarşısında geri çəkilərək vicdanınızı
susdurmayın.
Günün mənzərəsini görün. Yaxınlarınızdan biri sizi təəssüfləndirə
bilər.
Qız - İşlərin gedişatından şikayətlənmək üçün
səbəb yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə
rəhbərliyin göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və
ümumiyyətlə, durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə
düşünmək gərəkdir.
Günün ikinci yarısında nüfuzunuza zərbə vura biləcək qərarlar
verməyin. Ailə üzvləri qarşısında mənəvi borcunuzu, məsuliyyətinizi
unutmayın. Səhlənkar insan təsiri bağışlamayın.
Tərəzi - Maliyyə problemlərinin həllinə səhər
saatlarından başlasanız, yaxşıdır. Həmkarlarla və tərəfdaşlarla
işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları
yalnız ən önəmli işə sərf edin.
Günün ikinci yarısında kommunal ödənişlər, ərzaq və bu kimi vacib
məqsədlərə pul xərcləyəndə simiclik etməyin. Kredit və cərimələri
ödəyin.
Axşam saatlarında hisslərinizi etiraf edə bilərsiniz.
Əqrəb - Əməllərinizə və sözlərinizə xüsusi
diqqət yetirin. Mübahisələri aramlı arayışlar və təmkinli söhbətlə
çözmək olar. İzafi emosiyalar münaqişələrə yol açır. Başqalarının
istəklərini kor-koranə yerinə yetirməyin.
Günün ikinci yarısında müstəqil çalışın. Kimsədən asılı olmamağa
can atın. İşgüzar görüşlər və maliyyə məsələlərinin təftişi üçün
əlverişli zamandır. Şəxsi münasibətlərdə sevdiyiniz insanın
şıltaqlıqları sizi qıcıqlandırmasın.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - Baş verənləri soyuqqanlı, məntiqli
şəkildə dəyərləndirin. Qüvvə və potensialınızı olduğundan artıq
saymayın. Kənardan yardımlara da güvənməyin. Özünütənqidi
unutmasanız, fəaliyyət prosesində düşünülməmiş addımların atılması
ehtimalı azalacaq.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Dostlardan və
ya tanışlardan birindən yaxşı xəbər alacaqsınız. Axşam saatlarında
gəzintiyə yollana bilərsiniz.
Oğlaq - Dəyər verdiyiniz insanlardan biri sizə
yardım etməyə çalışacaq. Onun məsləhətlərinə qulaq asın.
Ətrafınızdakı insanların maraq və mənafelərini nəzərə alın. Çətin
situasiyada başınızı itirməyin.
Günün ikinci yarısında maliyyə, daşınmaz əmlak və öhdəliklərlə
bağlı məsələlərdə tələsik qərar verməyin. Bəzi planların təftişə
ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Dolça - İdarəetmə və təsərrüfatla bağlı
məsələlərin həllində astagəllik etməyin. Yaxınlarınızın dediklərinə
diqqətlə qulaq asın. Onları dinləməyi bacarın. Qayğıkeş və səmimi
olsanız, daha ciddi irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında apatiyaya qapılmayın. Hadisələrin laqeyd
müşahidəçisi olmayın. Nəzərdə tutduğunuz işləri müvəffəqiyyətlə
başa vurmaq üçün maksimum səy göstərməlisiniz. Sizə maraq artacaq.
Fəqət bələd olmadığınız insanın təriflərinə inanmayın.
Balıqlar - Adi günlərdən fərqli olaraq indi
yaxın ətrafınızdakı insanlarla daha sıx təmaslar zəruridir. İşdə
rəhbərliklə təkbətək danışıqlar aparmaq olan. Cari problemlərin və
həllini tələb edən məsələlərin müzakirələrindən çəkinməyin.
Günün ikinci yarısında şərik və ya tərəfdaşla fəaliyyətdə
qarşılıqlı inam xüsusi əhəmiyyət kəsb edəcək. Alış-verişə
yollananda bədxərclik etməyin. Mənasız xərclər maddi durumunuza
zərbə vura bilər (Milli.Az).
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq