Qoroskop
Astroloji proqnoz - 22 iyul
Qoç - ədalət və haqların təminatı ilə bağlı
problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll
edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq
əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud
olmayın.
Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə,
müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına
fikir verin, detalları nəzərdən qaçırmayın.
Buğa - böyük həcmli işlərə hazır olun. Günün
ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə
məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın.
Yollarda xüsusilə diqqətli olun.
Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız
sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin.
Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi
çox vaxt apara bilər. Laqeyd olmayın.
Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır.
Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə
tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır.
Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni
variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş
etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.
Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları
bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində
yaradıcı olun.
Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.
Xərçəng - mürəkkəb, qarışıq gündür.
İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional
sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin.
Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes,
karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə
bədxərclik etməyin.
Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli
davranın.
Şir - günün ilk yarısında çətinliklər az
olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə
sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli
olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis
olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.
Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi
bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın.
İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis
alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.
Qız - yaxın gələcəkdəki perspektik işlərin
bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın,
səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi
məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar.
Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa,
məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə,
dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.
Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın,
ruhdan düşməyin.
Tərəzi - resurslarınızı olduğundan artıq
qiymətləndirməyin. Can atdığınız məqsədə maksimal sürətlə
irəliləmək üçün gərəkli variantlardan praqmatikcəsinə yararlanın.
Əsas diqqəti aktual işlərin görülməsinə yönəldin. Bu işlərin
nəticəsi prosesə təsir edir.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə
diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.
Əqrəb - yaxşı, rəvan, asudə gündür. İşdə
həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Cari işlərin,
rutin proseslərin ciddi müdaxiləyə ehtiyacı yoxdur.
Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı
insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə
dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri
sərinlətməyin.
Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.
Oxatan - səhər saatlarından etibatən
tərəfdaşınızla problemlər yaratmayın. Həmkarlarla, şəriklərlə
rəvan, normal münasibətlər qurun. Mübahisələri və fikir
ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın.
Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin
pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin.
Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini
ertələyin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq - çalışdığınız sahədə problemlər
yaradacaq. Dəyər verdiyiniz insanlardan biri ilə fikir ayrılığı,
mübahisə istisna deyil. Təmkinli, soyuqqanlı olun. Emosiyaların
köləsinə çevrilməyin.
Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da
ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi
işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə
olunması üçün müəyyən güzəştlərə ehtiyac var.
Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.
Dolça - kiçik, amma cansıxıcı işlər az
olmayacaq. Məişət qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı
yanlış dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan
qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.
Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa
mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr
yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.
Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların "məsləhət"lərinə
inanmayın. Yaltaqlardan uzaq durun.
Balıqlar - günün ilk yarısından etibarən
proseslər gərgin və qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət
etdiyiniz vasitələrlə həll etmək asan deyil. Bəzi mühüm məsələləri
təxirə salmadan, dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün
çox vaxt yoxdur.
Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana
bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə
aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət
etməyə çalışın (Milli.Az).
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO