Qoroskop
Astroloji proqnoz - 5 avqust
Qoç - Heç də pis gün deyil. Hadisələrin
nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın
ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan
verməyin.
Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki,
qüvvələrinizə qənaət edə bilirsiniz.
Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin.
Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm
görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə
asanlıqla dil tapa bilərsiniz.
Axşam saatlarında yaxşı istirahət edin.
Buğa - Yeni perspektivlər və cazibədar imkanların
yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara
asanlıqla inanmayın.
İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan
əslində mümkün qədər uzaq durmalısınız.
Maliyyənizlə risk etməyin.
Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın.
Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür.
Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar
qəbul etməyin.
Əkizlər - Qarışıq, laübalı, mürəkkəb gündür.
Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli,
sayıq, həssas olun. Hövlnak qərarlar verməyin.
Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər.
Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən
maraqlı imkanlarla üzləşə bilərsiniz.
Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində
qayda yaradın.
Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.
Gəlir istisna deyil. Çəkinməyin, risk edin.
Xərçəng - Sakit gündür. Qüvvələrinizi toplayın,
səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda
yaradın.
Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə
işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin
öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş,
istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı
gündür.
Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla
vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola
bilərsiniz.
Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin
həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi
təbdən çıxarmasın.
Axşam saatlarında stressdən qurtulun.
Şir - Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz
təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan
və səhvlərin qarışığını aydın görə bilərsiniz.
Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan
məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə
qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın.
Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu
minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən
qurtula bilərsiniz.
Maliyyə itkiləri istisna deyil.
Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə
yatırmaqdan qurtulun.
Qız - Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi
uğura nail olmaq şanslarınız var.
Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan
daxili sədləri dəf edin.
Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən
gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar
olun.
Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin.
Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az
deyil.
Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri,
proseslərin uğursuz axarını hiss edin.
Tərəzi - Əlverişli, uğur vəd edən gündür. Enerjili
və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən
müxtəlif məsələləri həll edin, qətiyyətli olun.
Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən
yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.
İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha
əlverişlidir.
Çətinliklər sizi qorxutmamalıdır.
Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt,
aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins
mənsubuna inana bilərsiniz.
Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq
olar.
Əqrəb - Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz.
Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol
verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.
Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini
seçin.
Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin.
Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın.
Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın,
mübahisələrə son qoyun.
Sevdiyiniz insana xoş sürpriz edin.
Axşam saatlarında romantik görüş ola bilər.
Oxatan - Gün yeni üfüqlər, yeni imkanlar vəd edir.
Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər
güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə
təəccüblənəcəksiniz.
Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika,
mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə
olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla
izah etməyin.
Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
qətiyyətli olun.
Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın.
Oğlaq - Sakit təhlil və uzunmüddətli planlaşdırma
üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb
edən işlərlə məşğul olmaq mümkündür.
Yaradıcılıq məsələlərinin çözümündə böhran var.
Müstəqil düşünün, qeyri-standart qərarlar verin.
Başqalarına bənzəməyə çalışmayın.
Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb
edən ailə problemini çözün.
Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə
məsrəfləri olmadan həlli alınmayan işləri çözün.
Axşam saatları günün stressindən qurtulun.
Dolça - İşlə bağlı problemlərin öhdəsindən
gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün.
Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük
nailiyyətlər əldə edəcəklər.
Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə
yetirilməsi çətin vədlər verməyin.
Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar
keçdikcə durum normaya düşəcək.
Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin.
Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin.
Balıqlar - Günün əsas problemi davranışınızdır.
Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və
planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı,
çox pis fəsadlara səbəb ola bilər.
Nüfuzlu və güclü düşmən qazana bilərsiniz.
Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil.
Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı
insanlar belə davranışdan inciyə bilərlər.
Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim,
həssas olun. Qaba davranmayın.
Axşam saatlarında günün sonuclarını götür-qoy edin (Milli.Az).
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər